Bakıda taksi icazələrinin sayı tənzimlənir
Digərləri 14 Okt 2025 19:14:00 75 0
Bakı şəhərində taksi icazələrinin sayı tənzimlənir.
Bu xəbəri də oxu: "Bu körpünün tikintisi bitsə tıxaclar aradan qalxacaq"
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edilib.
Xatırladaq ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdırlar. Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.
Məlumat üçün bildiririk ki, taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olundu. Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edildi. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olundu və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başladılar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə 'E-taksi' alt sistemi yaradıldı. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.
İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olundu və artıq taksi parkının 67%-nin istismar müddəti 8 il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.
Bloger Aysel Şükür son paylaşımı ilə izləyicilərini çaşdırıb.

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekolog

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan bi

Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

ABŞ Prezidenti Donald Tramp "Time" jurnalını öz fotosunu uğursuz şəkildə

Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu nəticələr

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin lə�

"Rebuild Karabakh" sərgisində dövlət dəstəyi ilə KOB-lar üçün ayrılm�

Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçi

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum v�

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbə

ABŞ Prezidenti Donald Tramp Qəzzada tətbiq olunan atəşkəslə bağlı açı

Müğənni Nazənin Salayeva qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Ukraynadakı döyüşlərdə azərbaycanlı mənşəli hərbçi Faiq Şofel həy
