Ağrıları bir anda azaltmağın "qorxulu" üsulu açıqlandı
Digərləri 13 Okt 2025 19:00:00 85 0
Alimləri xroniki ağrını azaltmağın yolunu tapıblar.
Son.az xəbər verir ki, Pennsylvania Universitetinin alimləri sinir hüceyrələrinin müəyyən qrupunu bloklamağın xroniki ağrıları, o cümlədən baş ağrılarını yüngülləşdirə biləcəyini aşkar ediblər.
Nəticələr "Nature" portalında yayımlanıb.
Təcrübələrdə laboratoriya siçanlarında sinir hüceyrələrinin xüsusi qrupunun ilkin ağrı stimulundan sonra aktivləşdiyi müəyyən edilib. Bu hüceyrələr təsir bitdikdən sonra da fəaliyyətini davam etdirir. Hüceyrələr beynin nüvəsi boyunca yerləşib və bu bölgə ağrı siqnallarının ötürülməsi, həmçinin tənəffüs, yuxu və qorxu reaksiyası kimi əsas fizioloji proseslərdə iştirak edir.
Alimlər müəyyən ediblər ki, bu neyronlar Y1R reseptorları daşıyır. Reseptorları aktivləşdirilən siçanlarda ağrıya xas davranışlar müşahidə olunub. Neyronları blokladıqda isə xroniki ağrının göstəriciləri zəifləyib, lakin təhlükəli stimullara (məsələn, isti səthə toxunmaq) olan kəskin ağrı reaksiyası qorunub.
Professor Jeremy Betli qeyd edib ki, Y1R neyronları özləri ağrı yaratmır, amma xroniki ağrının formalaşmasında iştirak edən geniş neyron şəbəkəsinin bir hissəsidir.
Başqa bir eksperimentdə xroniki ağrı hiss edən siçanlar aclıq, susuzluq və ya yırtıcı heyvanın qoxusu kimi müxtəlif stress faktorlarına məruz qoyulub . Bu zaman onların ağrı reaksiyaları zəifləyib, yəni uzun müddətli aclıq zamanı siçanlarda təbii ağrı bastırma mexanizmi aktiv olur.
Alimlər bildirir ki, bu kəşf xroniki ağrının molekulyar mexanizmlərinin öyrənilməsi üçün faydalı ola bilər. Gələcəkdə Y1R neyronlarının bloklanması insanlarda da xroniki ağrının müalicəsində effektiv üsul ola bilər, lakin bunu təsdiqləmək üçün əlavə tədqiqatlar aparılmalıdır.
İsmayıl Son.az
"Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm. Ən ide

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə ağır itki üz verib.

İnfluenser Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədova qarşı

Məşhur türk aktyor Aras Bulut İynemli qazandığı gəlirlə etdiyi yeni sə

Azərbaycanda sayca 5-ci sosial paket icra olundu və bu 3 milyon insanı əhat�

Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə �

Son günlər sosial şəbəkələrdə İsmayıllı rayonunun Qalınçaq kənd sa

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya İnsan Haqları Müşahidə Qr

Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacı

Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadis�

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan

Narkotikdən əziyyət çəkən bir zamanların tanınmış müğənnisi tanınm

Xalq artisti Zülfiyyə Xanbabayeva özü ilə bağlı etiraf edib.

Türkiyədə türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi statusun
