Türkiyədə universitet müddəti üç ilə endiriləcək
Digərləri 10 Okt 2025 15:22:00 100 0
Türkiyə Ali Təhsil Şurası (YÖK) universitetlərdə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi istiqamətində yeni islahat planını açıqlayıb.
Bu xəbəri də oxu: İllərdir zərərli olduğu deyilirdi, həkim təkzib etdi Ziyansızdır
Son.az xəbər verir ki, YÖK sədri Prof. Dr. Erol Özvar "Türkiyə Yüksək Təhsilin 2030 Yol Xəritəsi" çərçivəsində təqdim etdiyi dəyişiklikdə müvəffəqiyyətli tələbələrin bakalavr təhsilini 3 il ərzində başa vurmaq imkanına sahib olacağını bildirib.
Yeni sistemin məqsədi Avropa təhsil standartlarına uyğunlaşmaq, kurs proqramlarını sadələşdirmək və tələbələri daha gənc yaşda əmək bazarına cəlb etməkdir.
YÖK-ün açıqlamasına görə, 3 ilə məzun olmaq hüququ yalnız yüksək akademik göstəriciləri olan tələbələrə şamil ediləcək. Belə ki, ən azı 3.00/4.00 orta balı qoruyan, kursları təkrar etməyən və proqram tələblərini vaxtından əvvəl tamamlayan tələbələr bu imkandan yararlana biləcəklər.
Hazırda plan mühəndislik, sosial elmlər və biznes fakültələrində tətbiq edilməyə hazırlanır. Tibb və stomatologiya kimi praktiki ixtisaslar isə bu proqramdan kənarda qalacaq.
Bu islahatın məqsədi Türkiyə ali təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və təhsildə çevikliyi artırmaqdır.
Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılaca

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin

Oktyabrın 10-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini t�

Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bakıda fəaliyyət göstərən məşhur "Okean Avtosalon"unun satış

Ötən ilin iyulunda Beyləqanda yüksək sürətlə ağır qəza törətmiş 19

Məşhur amerikalı aktyor Cona Hill görünüşü ilə diqqət çəkib.

"Hamı üçün Əminə Yusifqızı idi, bizim üçün isə doğma insan idi

Temudan aldığı kosmetik məhsul qıza baha başa gəlib.

Milli Məclisin üzvü Ramil Həsənin deputat mandatına xitam verilməsi ilə

"Dövlət xidmətləri haqqında" yeni qanun qəbul ediləcək.

XXI əsrdə rəqəmsallaşma həyatın bütün sahələrinə sirayət edib - dö
