“Red Wolf” Azərbaycanı da hədəfə alır XƏBƏRDARLIQ


Digərləri 03 Okt 2025 12:16:00 164 0

“Red Wolf” Azərbaycanı da hədəfə alır  XƏBƏRDARLIQ

Son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən "Red Wolf" adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Son.az-a verilən məlumata görə, kibertəhlükəsizlik portalı - "TechOwlShield"in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

Bildirilib ki, "Red Wolf Cyber Team" - siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır. "TechOwlShield" bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

Azərbaycan Fransa İsrail İordaniya Portuqaliya Kamboca Bolqarıstan Oman Hindistan Yunanıstan Avropa İttifaqının rəqəmsal sistemləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Qrup əsasən "DDoS" tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.

Kiberqruplaşmanın 6 avqust 2025-ci ildə Rusiyanın haktivist qruplaşması olan "NoName057(16") ilə ittifaq elan etdikdən bir neçə saat sonra "Red Wolf" Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başlatmış və "Operation Germany" adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş "DDoS" hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən "CheckHost" hesabatını paylaşmışdır.

Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik ("diversity") siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən "chefinnensache.de" veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olmuşdur. Hər iki hücumda "Red Wolf" tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ da daxil olmaqla bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşmışdır. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdur.

Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi; Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması; Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi; DDoS mitigation xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilmə Qeyd edilib ki, şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyyə olunur.

Sabah Bakıda 24 dərəcə isti olacaq like
  • 03 Okt 12:15  
Digərləri Sabah Bakıda 24 dərəcə isti olacaq

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ağsuda kişi bu yolla pul “uddu”  Məhkəməlik oldular like
  • 03 Okt 12:11  
Digərləri Ağsuda kişi bu yolla pul “uddu” Məhkəməlik oldular

Ağsu şəhərində maraqlı hadisə baş verib.

arrow Ətraflı
“İqtisadiyyatda 81%  özəl sektorun payıdır”  Nazir like
  • 03 Okt 12:08  
Digərləri “İqtisadiyyatda 81% özəl sektorun payıdır” Nazir

"Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərini

arrow Ətraflı
Ermənistan XİN əməkdaşı azərbaycanlı sevgilisinə məlumat ötürürmüş like
  • 03 Okt 12:05  
Dünya Ermənistan XİN əməkdaşı azərbaycanlı sevgilisinə məlumat ötürürmüş

Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyana qarşı

arrow Ətraflı
"Xanımımın ayağını yuyaram, hələ masaj da edərəm” like
  • 03 Okt 12:02  
Şou-biznes "Xanımımın ayağını yuyaram, hələ masaj da edərəm”

Müğənnilər Təranə qumral və Musa Musayev yenidən açıqlmaları ilə gü

arrow Ətraflı
Türkiyədə MOSSAD üzvü belə saxlanıldı  FOTO like
  • 03 Okt 11:57  
Digərləri Türkiyədə MOSSAD üzvü belə saxlanıldı FOTO

Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbu

arrow Ətraflı
Bakıda qəbirstanlığa cadu basdıran qadınların görüntüləri yayıldı like
  • 03 Okt 11:51  
Digərləri Bakıda qəbirstanlığa cadu basdıran qadınların görüntüləri yayıldı

Bakının Binə qəsəbəsində qəbirstanlığa cadu basdıran qadınların gö

arrow Ətraflı
Bakıda şadlıq sarayında faciə  Kişi yıxılıb öldü like
  • 03 Okt 11:41  
Digərləri Bakıda şadlıq sarayında faciə Kişi yıxılıb öldü

Bakının Nizami rayonunda yerləşən "Şərq" şadlıq sarayında b�

arrow Ətraflı
21 yaşlı aparıcı qəfil öldü  FOTO like
  • 03 Okt 11:34  
Dünya 21 yaşlı aparıcı qəfil öldü FOTO

Honduraslı TikTok ulduzu və teleaparıcı Cennifer Nikol Rivas 21 yaşında v�

arrow Ətraflı
Azərbaycan sosial şəbəkələrində dönüş nöqtəsi like
  • 03 Okt 11:25  
Digərləri Azərbaycan sosial şəbəkələrində dönüş nöqtəsi

2025-ci ilin avqustu azərbaycanlıların media istehlakında ciddi dəyişiklik

arrow Ətraflı
Prezident: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur like
  • 03 Okt 11:23  
Siyasət Prezident: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq do

arrow Ətraflı
Azərbaycan Prezidenti: Almaniya bizim üçün vacib tərəfdaş ölkədir like
  • 03 Okt 11:21  
Siyasət Azərbaycan Prezidenti: Almaniya bizim üçün vacib tərəfdaş ölkədir

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqəl

arrow Ətraflı
Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidi təbrik edib like
  • 03 Okt 11:19  
Siyasət Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidi təbrik edib

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal

arrow Ətraflı