Bakıdakı məşhur bazar söküləcək
Digərləri 20 Sen 2025 14:21:00 64 0
Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək.
Bu xəbəri də oxu: Ürək dərmanı ilə bağlı xəbərdarlıq bu preparatla birlikdə qəbulu ölümcül ola bilər
Son.az xəbər verir ki, bu barədə qaynarinfo-ya bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib.
Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, baş nazirin müavini Samir Şərifov işçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə İşçi qrupun rəhbərinin müavinləri təyin olunublar.
Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi deyilir.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 20-də Azərbaycan Re

Şuşa şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçirilir.

Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adna

Alimlər onilliklər boyunca gizli şəkildə Yer ətrafında dövr edən yeni b

Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında

Azərbaycanda fəaliyyət göstərən bəzi banklar və BOKT-lar kredit ödəni

Xətai rayonunda yerləşən 10-dan çox fərdi yaşayış evi sökülüb.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların və

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma iş

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 20-də Azərbaycan Re

"Ermənistanın bəsirətli xalqı sülh gündəminin, sülh siyasətinin �

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Pr

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin

Yeni təqdim olunan "iPhone Air" ve "iPhone 17 Pro" modellə
