Ov ovlamaq, quş quşlamaq istəyənlərə MƏHDUDİYYƏT: Ancaq qeydiyyat ünvanı üzrə icazə var


Digərləri 19 Sen 2025 12:40:00 78 0

Ov ovlamaq, quş quşlamaq istəyənlərə MƏHDUDİYYƏT: Ancaq qeydiyyat ünvanı üzrə icazə var

Azərbaycan Respublikasında vətəndaşların ovçuluq fəaliyyəti ilə bağlı bir çox müzakirələr mövcuddur.

Son.az xəbər verir ki, redaksiyamıza Sumqayıt ovçuları Yaşmadan başqa əraziyə lisenziya alıb gedə bilmədikləri ilə bağlı müraciət ediblər. 

Müraciətdə qeyd olunur ki, artıq 5 ildən çoxdur Sumqayıt qeydiyyatında olan ovçular Yaşma ovçuluq təsərüffatından başqa qeyri-ovçuluq təsərüffatına lisenziya alıb ova gedə bilmir:

"Bizlərə yalnız Yaşma ovçuluqda ov etməyə icazə verilir. Nəzərə alsaq ki, Yaşma ovçuluq təsərüfatına həm şimal, həm də Bakı ərazisində olan əksər ovçular gəlir və bu da ərazinin o sayda ovçuya əlverişsiz olduğuna görə müsbət qarşılanmır".

Sumqayıt qeydiyyatı olan ovçular bu qərara xitam verilərək bu ilki ov mövsümündə onlara digər ovçuluq təsərrüffatlarına lisenziya alıb ova getməyi istəyirlər.

Məsələ ilə bağlı Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Fizuli Əşrəfov bildirir ki, insanlar adətən yaxın ərazilərə ova gedirlər:

"Vətəndaş qeydiyyatından asılı olmayaraq istədikləri, uyğun gördükləri yerdə ov icazə verilən ərazilərə gedə bilərlər. Belə bir hal olmayıb, rastlaşmamışam. Bu vətəndaşın öz arzusundan irəli gəlir. Burda qeydiyyat məsələsindən söhbət gedə bilməz". 

Bəs bu mövzuda qanunvericilik nə deyir? 

Məsələ ilə bağlı vəkil Nurlan Səfərovun sözlərinə görə, "Ovçuluq haqqında"  Azərbaycan Respublikası qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir:

"Hazırda Respublikamızda 12 ovçuluq təsərrüfatı var ki, ovçuluq bileti və üzvlük biletinə sahib olan hər bir vətəndaş müvafiq icazə alındıqdan sonra sərbəst şəkildə istənilən ovçuluq təsərrüfatında ovçuluq fəaliyyətini həyata keçirə bilər. Sözügedən Qanunun 14-cü maddəsi ov etmək üçün alınan icazə ilə bağlı məsələləri tənzimləyir. Qeyd olunan maddə üzrə elə bir qadağanedici norma yoxdur ki, vətəndaş yalnız qeydiyyatda olduğu ünvan üzrə yerləşən ovçuluq təsərrüfatında ov edə bilər. Əlavə olaraq Qanunun 18.1.1-ci maddəsinə əsasən ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək ovçuların hüququdur. Bu hüququ heç bir hüquqi əsas olmadan məhdudlaşdırmaq qanunvericiliyin tələblərinin pozulması deməkdir.

Sumqayıt şəhəri sakinlərinə ov icazəsinin yalnız "Yaşma Ovçuluq Təsərrüfatı"na verilməsi ayrıseçkiliyin edilməsi bir başa normativ hüquqi aktların tələblərinə ziddir. Belə ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludular və yalnız qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların hüquq və zadlıqlarına müdaxilə edə bilərlər.

Qeyd olunan normativ hüquqi aktların tələblərinə nəzər yetirsək görərik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt sakinlərinə qarşı bu mövqeyi qanunvericiliyə tələblərinə ziddir. Sumqayıt şəhərin də yetəri qədər ovçular var ki, onların bu hüququ məhdudlaşdırıldığı üçün yalnız "Yaşma Ovçuluq Təsərrüfatına" ova gedə bilirlər və buda təhlükəli hal yaradır. Ovçuluq təsərrüfatında həddindən artıq ovçuların bir yerdə cəmlənməsi və onların bir birlərinə yaxın məsafədə ov etməsi  insan həyatı üçün bir başa təhlükə deməkdir".

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Son.az-a bildirib ki, Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qaldırılan məsələ ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. 

"Lakin biomüxtəlifliyin say və növ tərkibinin qorunması, ovçuluq təsərrüfatlarında ekoloji tarazlığın pozulmaması, eləcə də hesabatlılıq və təşkilati məsələlərin düzgün tənzimlənməsi məqsədilə adətən təcrübədə qeydiyyat ünvanı üzrə yaxın ərazilərə ovçuluqla bağlı icazələr verilir".

Aysel Quliyeva Son.az

Xətlənmə yoxdur amma cərimə yazılır  Sürücülər şikayətçidir like
  • 19 Sen 12:34  
Digərləri Xətlənmə yoxdur amma cərimə yazılır Sürücülər şikayətçidir

Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində "Azparkinq" tər�

arrow Ətraflı
Bu uşaqlara 2600 manat birdəfəlik müavinət veriləcək like
  • 19 Sen 12:32  
Digərləri Bu uşaqlara 2600 manat birdəfəlik müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ha

arrow Ətraflı
Bakıda azyaşlılardan ağlasığmaz əməl  VİDEO like
  • 19 Sen 12:20  
Digərləri Bakıda azyaşlılardan ağlasığmaz əməl VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər etiraz doğurub.

arrow Ətraflı
Bir sıra qurumlar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi like
  • 19 Sen 12:14  
Digərləri Bir sıra qurumlar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliy

arrow Ətraflı
"Bu suala cavab verə bilmərəm"  Kadrovdan jurnalistə gözlənilməz reaksiya like
  • 19 Sen 12:11  
Dünya "Bu suala cavab verə bilmərəm" Kadrovdan jurnalistə gözlənilməz reaksiya

Çeçenistan rəhbəri Ramzan Kadırov övladları ilə bağlı danışmaq istə

arrow Ətraflı
Marketlərdə yeni endirim fırıldağı  Diqqətli olun! like
  • 19 Sen 12:00  
Digərləri Marketlərdə yeni endirim fırıldağı Diqqətli olun!

Bakıda bəzi iri marketlərdə müştərilər endirim adı ilə aldadılır.

arrow Ətraflı
İranla sərhəddə əməliyyat: saxlanılan var like
  • 19 Sen 11:55  
Digərləri İranla sərhəddə əməliyyat: saxlanılan var

İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
O da Bakıdadır like
  • 19 Sen 11:51  
Digərləri O da Bakıdadır

UFC çempionu Xamzat Çimayev Bakıdadır. 

arrow Ətraflı
Dünya Bankı Azərbaycana qrant ayırdı like
  • 19 Sen 11:46  
Digərləri Dünya Bankı Azərbaycana qrant ayırdı

Azərbaycan "Grant Facility for Project Preparation" mexanizmi çərç

arrow Ətraflı
Kamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” like
  • 19 Sen 11:35  
Siyasət Kamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir”

"Azərbaycan tarixində mühüm mərhələlərdən biri - Xankəndi, Xocal�

arrow Ətraflı
"Milyonçu"da Qəzza sualı – Aparıcının reaksiyası diqqət çəkdi like
  • 19 Sen 11:29  
Şou-biznes "Milyonçu"da Qəzza sualı – Aparıcının reaksiyası diqqət çəkdi

ATV-nin məşhur intellektual yarışması "Kim milyonçu olmaq istəyir&qu

arrow Ətraflı
Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq like
  • 19 Sen 11:22  
Digərləri Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq

"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun pu

arrow Ətraflı
Elektrikli avtomobili şarj etmək üçün parkinqə də pul verməlisən like
  • 19 Sen 11:20  
Digərləri Elektrikli avtomobili şarj etmək üçün parkinqə də pul verməlisən

Paytaxtın Aşıq Molla Cümə küçəsində elektrikli avtomobillər üçün n�

arrow Ətraflı
66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı  FOTO like
  • 19 Sen 11:18  
Şou-biznes 66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı FOTO

Yaponiyada keçirilən gözəllik müsabiqəsinə "Miss Universe Japan&quo

arrow Ətraflı