Uşaqlarda immunitetin zəifləməsinin GÖZLƏNİLMƏZ SƏBƏBİ
Digərləri 08 Sen 2025 03:03:00 112 0
Hər iki uşaqdan biri ildə azı iki dəfə xəstələnir. Rusiyalı alimlərin yeni araşdırmasına görə, bu hallar bəzən gözlənilməz bir səbəblə, havanın alüminium birləşmələri ilə çirklənməsi ilə əlaqədar ola bilər.
Bu xəbəri də oxu: Kardioloq: Sağlam yağlardan imtina etmək düzgün deyil
Son.az-ın xarici mətbuata istinadən məlumatına görə, Perm Politexnik Universitetinin alimləri müəyyən ediblər ki, sənaye bölgələrində havaya qarışan incə alüminium tozları və həll olunan birləşmələr tənəffüs yolu ilə asanlıqla bədənə daxil olur və zamanla orqanizmdə toplanır.
Bu da uşaqlarda immun sisteminin zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, alüminium gündəlik həyatda qablar, bankalar, folqa və s. vasitəsilə geniş istifadə olunur və bu formalarda təhlükəli deyil. Problem sənaye mənbələrindən yayılan, nəfəs yoluyla daxil olan mikroskopik hissəciklərdədir.
Araşdırmada 7-11 yaş arası 156 uşaq iştirak edib. Sənaye tullantılarının yüksək olduğu ərazilərdə yaşayan uşaqların qanında alüminium səviyyəsi "təmiz" zonalarda yaşayanlara nisbətən 4 dəfə, sidikdə isə 3 dəfə yüksək olub. Kütləvi spektrometriya analizi bu uşaqlarda orqanizmdə alüminiumun yığıldığını açıq şəkildə göstərib.
Bu fon qarşısında immun sistemində ciddi pozuntular müşahidə olunub:
Müdafiə hüceyrələri (faqositlər) zəifləyib,
Əsas immunoqlobulinlərin (G, A, M) səviyyəsi 17-32% azalıb,
Viruslara və şiş hüceyrələrinə qarşı mübarizə aparan killer hüceyrələrin sayı yarıbayarı azalıb,
Əvəzində immun cavabı zəiflədən tənzimləyici T hüceyrələrinin sayı artıb.
Orta hesabla, bu toksik təsir nəticəsində uşaqların immun sisteminin funksional göstəriciləri 10% azalıb. Alimlər ən təhlükəli hal kimi bədənin alüminium və onunla əlaqəli zülallara qarşı antikorlar istehsal etməyə başlamasını qeyd edirlər. Bu vəziyyət isə xroniki iltihabların yaranmasına və immun sistemin daha da zəifləməsinə gətirib çıxarır.
Avtonom sinir pozğunluğu olan uşaqlar xüsusi diqqət mərkəzində olub. Onların qanında alüminium səviyyəsi 14% yüksək, sinir hüceyrələrinin zədələnməsi göstəriciləri isə normadan 2,3 dəfə artıq olub. Bu da alüminiumun sinir sisteminə zərərli təsirini və vegetativ pozuntularla əlaqəsini bir daha sübut edib.
Kənan Son.az
Kardioloq Devid Sabgir sağlam qidalanmada yağların tamamilə çıxarılmasın

Yaponiyada 23 yaşlı tələbə Kofu sinif yoldaşının nənəsi 83 yaşlı Ayk

Azərbaycana səfər edən iranlı bloger Milad Hadinejadın davranışı sosial

Aparıcı Zaur Kamal arxiv fotolarını sosial şəbəkədə yayımlayıb.

382 gün davam edən aclıq mümkünsüz görünür, amma bir insan bunu yaşay�

Səhər yeməkləri arasında xüsusi yer tutan yeməklərdən biri yaxşı qız

Sözlər düşüncəmizi formalaşdırır. Onlar ya bizi məhdudlaşdıra, ya da

Müəyyən qidalanma tərzi xərçəng xəstələrinin müalicədə uğur şans�

Məşhur türkiyəli müğənni Aleyna Tilki, Pembe Yalanlar proqramında uşaq

Son zamanların ən çox tənqidə uğrayanları şou-biznesdəki bir sıra qad�

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli

Kosmosda dramatik anlar yaşanıb.

Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma ol
