Sumqayıtda 2 dəvəquşu və 13 tutuquşu IDEA tərəfindən xilas edilib
Digərləri 02 Sen 2025 22:08:00 74 0
Sentyabrın 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən "Turan" restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
Bu xəbəri də oxu: Xankəndidə tikiləcək Baş İdarənin binası belə olacaq FOTO
Son.az xəbər verir ki, monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb. Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb. Hal-hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdır.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə "Urban Ecology" ("Şəhər ekologiyası") layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
2025-ci ilin iyul ayı nəticələrinə görə Avropada ən populyar 10 avtomob

2025-ci ilin yanvar-avqust aylarında yeni doğulan körpələrə ən çox hans�

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyatdan sonra ilk dəfə

Ev şəraitində hazırlanmış konserv və kolbasalardan botulizm infeksiyasın

Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə

Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaq�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində İran Prezidenti Məsud

İnfluenser Nagehan Abdullayeva keçmiş həyat yoldaşı Fərid Abdullayevlə b

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tə

Doymuş yağlarla zəngin qidaların qəbulu beyin damarlarının funksiyasın�

Xəbər verdiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərç

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik

Rusiyanın Tümen şəhərində gömrükçülər ölkədən külli miqdarda bəy

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis
