Vaşinqton razılaşması tarixi addımdır Ərdoğan
Digərləri 11 Avq 2025 23:45:00 57 0
Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu.
Bu xəbəri də oxu: Tanınmış aparıcı Ukraynada axtarışa verildi
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.
O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb.
Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb.
"Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım", - deyə dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla bugünkü söhbətində bu mövzunu müzakirə etdiyini əlavə edib.
Siyasətçinin sözlərinə görə, regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir.
Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitlik naminə mübarizəni davam etdirəcək.
2025-2026-cı tədris ilində III ixtisas qrupu üzrə bir sıra universitetlər

2023-cü il dekabrın 3-də Bakının Nizami rayonu ərazisində qətl hadisəsi

Stellantis Böyük Britaniyada daha 72 min avtomobili geri çağırır.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov əcnəbilərin kuryer kimi işə

"Rusiya prezidenti Vladimir Putin qəti şəkildə atəşkəsə hazırlaşm

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

İsrailin blokadası səbəbilə Qəzzada son 24 saatda biri uşaq olmaqla daha

Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ baş verib.

Braziliya hökuməti Azərbaycan və Ermənistanı bu il avqustun 8-də iki ölk

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıları

Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqı

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına
