Günəş sistemindən kənarda doqquzuncu planet varmı?
Digərləri 11 Avq 2025 17:50:00 66 0
Günəş sistemimizin ən uzaq nöqtələrində, kəşf edilməyi gözləyən nəhəng bir planetin gizlənə biləcəyi nəzəriyyəsi yenidən gündəmə gəlib. Son.az xəbər verir ki, "Doqquzuncu Planet" adlandırılan bu fərziyyəvi göy cismi, astronomların uzun müddətdir cavab axtardığı bir bilməcəni izah edə bilər.
Bu xəbəri də oxu: Bu universitetin dosenti vəfat etdi
Günəş sisteminin kənarında doqquzuncu planet varmı?
Bu müzakirə, 1930-cu illərdə Pluton kəşf edilməzdən əvvəl "X Planeti" fikri ilə başlamışdı. O dövrdə, Uranusun orbitindəki sapmalar aşkar edilmiş və bu halın arxasında böyük bir planetin cazibə qüvvəsi olduğu düşünülüb. Hər nə qədər bu sirr 1990-cı illərdə Neptunun kütləsinin yenidən hesablanması ilə həll edilsə də, oxşar bir vəziyyət 2016-cı ildə Kaltekdən (Caltech) astronomlar Konstantin Batigin və Mayk Braun tərəfindən yenidən gündəmə gətirildi.
Batigin və Brauna görə, Neptunun kənarındakı cücə planet, asteroid və digər cisimlərdən ibarət Kuiper Kəmərində bəzi obyektlərin orbitləri gözləniləndən fərqli hərəkət edir. Necə ki Ay Yer kürəsinin cazibəsindən təsirlənir, bu Kuiper Kəməri cisimlərinin orbitləri də yalnız Günəşdən deyil, böyük bir cazibə mənbəyindən təsirlənir kimi görünür. Bu böyük cazibə mənbəyinin isə Yerdən bir neçə dəfə böyük ola biləcək Doqquzuncu Planet olduğu düşünülür.
Sübutlar varmı?
İlk başda şübhə ilə yanaşılsa da, artan müşahidələr Kuiper Kəmərindəki obyektlərin orbitlərinin həqiqətən də nizamsız olduğunu göstərir. Mayk Braun 2024-cü ildə verdiyi açıqlamada, "Doqquzuncu Planetin mövcud olmaması çox aşağı ehtimaldır" deyərək bu nəzəriyyəyə inamını ifadə edib.
Lakin nəzəriyyəyə qarşı çıxanlar da var. Ən böyük sual işarəsi isə belədir: "Əgər varsa, niyə hələ də heç kim onu tapmayıb?" Bəzi astronomlar kifayət qədər orbit məlumatının olmadığını düşünür, alternativ olaraq isə bir qalıq halqasının və ya kiçik bir qara dəliyin təsirindən bəhs edirlər.
Nəzəriyyənin ən böyük çətinliyi isə müşahidə müddətinin yetərsizliyidir. Məsələn, 2017 OF201 adlı bir cismin orbit dövrü təxminən 24 min ildir. Bu tip cisimlərin orbitindəki kiçik dəyişiklikləri müşahidə edə bilmək üçün çox daha uzun müşahidə müddəti tələb olunur.
Son olaraq, 2023 KQ14 adlı yeni kəşf edilmiş bir cisim, orbitinin gözləniləndən daha sabit olması ilə bu nəzəriyyəyə yeni bir etiraz gətirib. Bu hal, Doqquzuncu Planet varsa belə, Günəşdən 500 AU (astronomik vahid) kimi daha uzaq bir məsafədə yerləşməsi ehtimalını artırır./Qaynarinfo
Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi böl

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər �

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin həftəsonunadək

25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imt

Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət etmək üçün

Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda i

Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi la

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq "

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mü

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayac

Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiqindən imtina edirl�

Bakı və Yerevan bir-birinə qarşı beynəlxalq hüquqi iddialardan imtina edi

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir

Bakı və İrəvan indi və gələcəkdə bir-birinə qarşı ərazi iddiaların
