Kür çayında kritik vəziyyət diferensial pozulmalara məruz qaldı
Digərləri 11 Avq 2025 16:49:00 64 0
Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
Bu xəbəri də oxu: Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.
Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40-50 metrdən 200-300 metrə qədər dəyişib.
Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250-300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala-Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5-2 km geri çəkilib.
Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.
Bakı şəhəri, Nərimanov rayonu, "Bağırov" körpüsünün üzəri

Qusar rayonunda bir nəfər öldürülüb, digər şəxsə ağır xəsarət yeti

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona z�

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tar

Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasınd

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla te

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb o

Teleaparıcı və Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman 2022-c

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə m

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşk

Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadi

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.
