Yayda telefonların qızmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?


Digərləri 05 Avq 2025 17:20:00 58 0

Yayda telefonların qızmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Havanın temperaturunun yüksəlməsi ilə smartfonlarda qızma problemi daha da aktuallaşır.

Son.az xəbər verir ki, xüsusilə yay aylarında birbaşa günəş şüasına məruz qalan telefonlar ciddi texniki nasazlıqlarla üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, cihazın uzun müddət yüksək temperaturda işləməsi batareyanın ömrünü azaldır, performansa mənfi təsir göstərir və bəzi hallarda təhlükəli nəticələrə səbəb ola bilər.

Bu riski azaltmaq üçün istifadəçilərə bir sıra önləyici tədbirləri yerinə yetirmək tövsiyə olunur:

Telefonu avtomobilin içində və ya çöldə, birbaşa günəş şüası altında qoymaq cihazın həddindən artıq isinməsinə səbəb olur. Mobil oyunlar, video montaj proqramları və ya yüksək qrafikalı tətbiqlər prosessorun qızmasına səbəb ola bilər. Bu cür proqramlardan fasilələrlə istifadə etmək tövsiyə olunur. Qalın və hava keçirməyən telefon qabları istiliyin çölə çıxmasına mane olur. Xüsusilə isti havalarda belə örtüklərdən müvəqqəti uzaq durmaq faydalıdır. Cihaz həm enerji ilə dolursa, həm də aktiv şəkildə istifadə olunursa (xüsusilə oyun və video izləmə zamanı), bu, temperaturun artmasına səbəb ola bilər. Şarj zamanı telefonu işlətməmək daha məqsədəuyğundur. Gizli şəkildə çalışan proqramlar da cihazın istiliyinə təsir edə bilər. Arxa planda çalışan tətbiqləri bağlamaq prosessor yükünü azaldır. Bəzən proqram təminatındakı nasazlıqlar da qızmaya səbəb ola bilər. Yenilənmiş versiyalar bu tip problemləri aradan qaldıra bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, telefonun çox qızması yalnız texniki zərərə deyil, həm də təhlükəsizlik risklərinə səbəb ola bilər. Bu səbəbdən yay mövsümündə istifadəçilər cihazlarına daha diqqətli yanaşmalıdırlar.

Asya Son.az

Bu ölkədə temperatur yüksək dərəcəyə çatdı like
  • 05 Avq 17:09  
Dünya Bu ölkədə temperatur yüksək dərəcəyə çatdı

Yaponiyanın İsesaki şəhərində rekord yüksək temperatur qeydə alınıb.

arrow Ətraflı
Tələbələrin köçürülməsi üzrə nəticələr məlum oldu like
  • 05 Avq 17:03  
Digərləri Tələbələrin köçürülməsi üzrə nəticələr məlum oldu

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sən�

arrow Ətraflı
Sabah çimərlikdə hava necə olacaq? like
  • 05 Avq 17:00  
Digərləri Sabah çimərlikdə hava necə olacaq?

Abşeron çimərliklərində avqustun 6-da gözlənilən hava şəraiti açıqla

arrow Ətraflı
Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ like
  • 05 Avq 16:54  
Şou-biznes Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ

Avroviziya təmsilçimiz Dilarə Kazımova addımı ilə təəccübləndirib.

arrow Ətraflı
Rusiya ABŞyə qarşı nə etmək istəyir? like
  • 05 Avq 16:48  
Digərləri Rusiya ABŞyə qarşı nə etmək istəyir?

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsi fonunda Hindistanı Rusiya il�

arrow Ətraflı
"“Alın yazımı" xlorla silmişəm” like
  • 05 Avq 16:22  
Şou-biznes "“Alın yazımı" xlorla silmişəm”

Zaur Kamalın efirinin qonağı olan müğənnilərdən biri maraqlı açıqlama

arrow Ətraflı
ABŞ və İsraildən HƏMASla bağlı mühüm qərar  Müharibə uzanacaq like
  • 05 Avq 16:10  
Siyasət ABŞ və İsraildən HƏMASla bağlı mühüm qərar Müharibə uzanacaq

"New York Times" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donal

arrow Ətraflı
Rüşvətlə plastik cərrahiyyəyə icazə verən vəzifəli şəxslər məhkəmə qarşısında like
  • 05 Avq 16:03  
Digərləri Rüşvətlə plastik cərrahiyyəyə icazə verən vəzifəli şəxslər məhkəmə qarşısında

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət alma

arrow Ətraflı
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib like
  • 05 Avq 15:59  
Siyasət Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanla

arrow Ətraflı
Plastik butulkalardan suya hansı maddələr keçir? like
  • 05 Avq 15:57  
Digərləri Plastik butulkalardan suya hansı maddələr keçir?

Yay aylarında plastik qablaşdırılmış suların uzun müddət günəş şüa

arrow Ətraflı
Pakistan səfiri Azərbaycana təşəkkür etdi like
  • 05 Avq 15:48  
Siyasət Pakistan səfiri Azərbaycana təşəkkür etdi

Kəşmir xalqına göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür ed

arrow Ətraflı
Türkiyə ciddi təhlükə ilə üzüzə  “Bütün heyvanlara yayılıb” like
  • 05 Avq 15:38  
Digərləri Türkiyə ciddi təhlükə ilə üzüzə “Bütün heyvanlara yayılıb”

Türkiyənin Qars və Ərdahan əyalətlərində başlayan və daha sonra Artvi

arrow Ətraflı