Əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə veriblər FOTO
Digərləri 04 Avq 2025 21:29:00 66 0
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 4-də davam etdirilib.
Bu xəbəri də oxu: ABŞ Rusiya ilə müharibəyə başlayır?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
İfadə verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyini bildirib. İ.Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı övladının dağıntılar altında qalaraq xəsarətlər aldıqlarını söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, evinin ətrafında heç bir hərbi obyekt yoxdur. "Sonradan öyrəndik ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan "Smerç" raketidir", - deyə o bildirib.
Elçin Bağırov da ifadəsində həmin gün Mingəçevirdə evinin yaxınlığına "Smerç" raketinin düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında hadisə nəticəsində özünün, anası Nabat Bağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki, dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.
Elməddin Əlişanov ifadəsində vurğulayıb ki, işğaldan azad edilmiş Qubadlı rayonunda 2021-ci il fevralın 26-da mina partlaması nəticəsində xəsarətlər alıb, nəticədə bir gözünü itirib.
Samir Sultanov ifadəsində söyləyib ki, 1994-cü ildə Füzuli rayonunda yaralanıb və əsir götürülüb. Ermənistanın Gorus rayonunda saxlanılıb, 1995-ci il aprelin 29-da Azərbaycana qaytarılıb.
Balaqardaş Məlikməmmədov qeyd edib ki, 2021-ci il fevralın 4-də mina partlaması nəticəsində xəsarət alıb. Hadisə zamanı daha bir hərbçi yaralanıb, digər hərbçi isə şəhid olub.
Nəzərəli Kərimov 2016-cı il mart ayında Tərtər rayonunun Qapanlı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.
Samir Piriyev bildirib ki, hərbi xidmət zamanı 2007-ci il mayın 5-də Tərtər rayonunun Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
Zərərçəkmiş digər şəxslər Murad Babayev, Qismət Fərzalıyev, Rəşad Hacıyev, Ramazan Balakişiyev, Sakit Həsənov, Alim Əfəndiyev, Xəzri İsmayılov Nurlan Mansurov, Səməd İsgəndərov, Xətai Mansurov, Turac Nəzərov, Azad Mərdəliyev, Nizami Talıbov, İslam Tatayev, Əli Mehdiyev, Əliabbas Ələmov, Aqşin Ağayev, Samir Səmədov, Emil Məhərrəmov və Kənan Əhədov ifadələrində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar. K.Əhədov müharibədən sonra mina partlaması nəticəsində də xəsarətlər alıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Ədalət Sultanov 2006-cı il sentyabrın 1-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə xəsarəti aldığını söyləyib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Səlim Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı girov götürüldüyünü qeyd edib. O, Xankəndiyə aparılıb, girovluq zamanı işgəncələrə məruz qalıb, döyülüb. Beş gün sonra Azərbaycan tərəfinə qaytarılıb.
Zərərçəkmiş şəxs Məhəmməd Məmmədlinin hüquqi varisi - anası Mehriban Məmmədova ifadəsində övladının Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.
Zərərəçəkmiş Elmar İbrahimovun hüquqi varisi - anası Ümmü İbrahimova övladı Elmar İbrahimovun Vətən müharibəsində, 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu vurğulayıb.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Adilə Əliyeva bildirib ki, 1992-ci ildə Xocalı soyqırımı zamanı qohumları və həmyerliləri ilə birlikdə girov götürülərək Xankəndiyə aparılıb. Soyqırımı zamanı doğmaları Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Daha sonra məhkəmədə fasilə elan olundu.
Fasilədən sonra prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon Balayana yeni vəkil təyin olunub. Levon Balayan ona yeni vəkil təyin olunmasına etiraz etmədiyini bildirib.
Ardınca məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilmələri ilə davam etdirilib.
Zərərçəkmiş Gəray Həşimov ifadəsində 1992-ci ildə Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə qəlpə yaraları aldığını diqqətə çatdırıb.
Zülfüqar Hüseynov ifadəsində söyləyib ki, 1991-ci il sentyabrın 8-də Ağdam şəhərindən Xocavənd rayonunun Qaradağlı kəndinə gedərkən rayonun Kiş kəndində idarə etdiyi "LAZ" markalı avtobus atəşə tutulub. Hadisə nəticəsində avtobusda olan mülki şəxslərdən 8-i həlak olub, onlarla şəxs, o cümlədən Z.Hüseynov özü yaralanıb.
Faiq Məmmədov ifadəsində 1992-ci il sentyabrın 2-də yaralanması nəticəsində əsir götürüldüyünü deyib. Əsirlikdə döyülüb, işgəncələrə məruz qalıb. Əsirliyinin 6 ay yarım müddətini İrəvanda saxlanılıb, həmin vaxt məcburi şəkildə müxtəlif işlərə cəlb olunub. 2 il 2 ay 14 gündən sonra əsirlikdən qaçıb. Həmin vaxt Şuşanın Xəlfəli kəndində saxlanılırmış.
Bəhram Səmədov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü il aprelin 20-də Füzuli rayonunda postda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib. O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın suallarına cavabında hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində baş verdiyini, qarşı tərəfin məqsədinin postu almaq olduğunu, lakin buna nail ola bilmədiyini qeyd edib.
Elşad Səmədov ifadəsində B.Səmədovun dediklərini təsdiqləyib. O, hadisə zamanı güllə yarası aldığını bildirib.
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci mü

2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələr

Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün kredit

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırma

Yay aylarında temperaturun yüksəlməsi həm insanlar, həm də heyvanlar üç

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahə

Ötən ay vəfat edən gənc şair Həsən Kürün övladı dünyaya gəlib.

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Avqustun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar

Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İda

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş m

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsm
