Elektrikli maşınların ömrü uzun olmayacaq Daha sərfəli variant var
Digərləri 01 Avq 2025 23:00:00 81 0
Elektrikli nəqliyyat vasitələri (EV) alternativlərinə maraq artdığı bir vaxtda hidrogenlə işləyən daxili yanma mühərrikləri (H₂‑ICE) yenidən gündəmə gəlib.
Bu xəbəri də oxu: Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib?
Son.az xəbər verir ki, "AVL" şirkətinin yarış bölməsi "RACETECH" sıfır karbon emissiyalı, 410 at gücünə sahib 2.0 litrlik turbohidrogen mühərriki təqdim edib.
Şirkət mühərriki tamamilə daxildə dizayn və istehsal etdiyini bildirir. Avtomobil 6500 dövr/dəqiqəyə çatan gücü və 500 Nm-ə yaxın fırlanma anı ilə Tesla və BYD-nin performans səviyyələrinə meydan oxuyur. Hidrogen mühərrikinin əsas yeniliyi su inyeksiyası sistemidir. Bu texnologiya mühərrikə əlavə güc verir, eyni zamanda yanma kamerasını soyudur.
AVL-in layihə rəhbəri Paul Kapus bildirib: "Motorsport səviyyəsində performansa malik bir H₂‑ICE mühərriki yaratmaq çox çətin texniki çağırış idi. Amma prototipimiz bunun mümkün olduğunu sübut etdi".
Hazırda yalnız prototip olsa da, bu mühərrik yarış avtomobillərinin gələcəyində real alternativ hesab olunur. Ənənəvi benzin mühərriklərinə oxşar davranışı sayəsində H₂‑ICE sistemləri daha ucuz sayılır.
Qeyd edək ki, Toyota da artıq hidrogenlə işləyən mühərriklərə fokuslanır. Şirkət Dakar rallisində su ilə işləyən mühərrikdən istifadə etmiş və yüksək nəticələr əldə etmişdi.
İsmayıl Son.az
Videoya "bir də orada yemək yeməyəcəyəm", "natəmizlikdir" tərzində şə

Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev bu gün 87 yaşında vəfat ed

Yay aylarında elektrik xərclərini artırmadan evi sərin saxlamaq istəyənl�

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

Həkim infarktdan qorunmaq üçün aspirin qəbulunun qaydalarını açıqlayıb

Rusiya Dövlət Dumasının deputatı miqrant uşaqları üçün pulsuz təhsili

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsiz

"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantla

Son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hü

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.
