"Şuşa Qalası"nda "Pastry & Bakery Chefs Baku Cup 2025" qonaqları üçün Qarabağ mətbəxindən təamların təqdimatı keçirilib
Kriminal 30 İyl 2025 18:10:00 116 0
Bakının "Şuşa Qalası" restoranında "Pastry & Bakery Chefs Baku Cup 2025" beynəlxalq birinciliyinin iştirakçıları və hakimləri üçün Azərbaycan qonaqpərvərliyi və kulinar sənətkarlığı ab-havasında Qarabağ mətbəxinin incilərinin təqdimatı baş tutub.
Bu xəbəri də oxu: Arif Babayev vəfat etdi
Son.az xəbər verir ki, çempionat ölkəmizdə ilk dəfə Azərbaycan Kulinariya Gildiyası, Bakı Kulinariya Assosiasiyası və DIYAR.AZ layihəsinin "Azərbaycanın Qastronomik Xəritəsi" təşəbbüsü ilə təşkil olunub.
Türkiyə, Şri-Lanka, Pakistan, Özbəkistan və digər ölkələrdən gələn qonaqları sadəcə bir axşam yeməyi deyil, Qarabağın dad palitrasında əsl səyahət gözləyirdi: nəsildən-nəsilə ötürülən Qarabağ reseptləri, yerli kulinariya texnikalarının nümayişi, hər yeməyin arxasında duran zəngin tarix - bütün bunlar regionun dərin və çoxqatlı kulinariya ənənəsini təqdim edən mənzərə yaratdı.
Gecənin xüsusi anı isə fəxri adların təqdim olunması ilə yadda qaldı: tanınmış kulinariya ustaları Qabil Quliyev və Etibar Kərimli Türkiyə Kulinariya Assosiasiyasının üzvləri seçildilər.
Etibar Kərimli çıxışında bunları deyib:
"Qarabağ mətbəxi Azərbaycanın mədəni yaddaşının təcəssümüdür. O, coğrafiyanı, tarixi, xalqın xarakterini özündə birləşdirir. Bu mətbəxi qorumaq və təbliğ etmək - milli kimliyimizi yaşatmaq deməkdir".
Gecədə iştirak edən Türkiyənin Dənizli Kulinariya Assosiasiyasının sədri Süleyman Kursak heyranlığını gizlətmədi:
"Qarabağ yeməkləri əsl sənətdir. Belə bir tədbirin parçası olmaq və öz müəllif qastronomiya proqramımı təqdim etmək mənim üçün qürurdur. Master-klassda türk mətbəxinin ənənəvi və müasir texnikalarının necə vəhdət təşkil etdiyini göstərəcəyəm".
Astroloqlar yaxın zamanda maddi baxımdan bəxti gətirəcək bürcləri açıq

Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni m

"Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb.

Son.az "İzvestiya"ya istinadla avqust ayı üçün bürc proqnozunu t

Yay aylarının yandırıcı istisində paytaxtın bəzi bölgələrində içmə

Vüsalə illər sonra Əməkdar artist atasıyla BARIŞDI

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəza

2025-ci ilin iyul ayının sonu və avqustun əvvəli üçün olan bürclər pro

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Son.az x�

Kamçatkada baş verən güclü zəlzələ səbəbindən "Radio Kamçatka&q

2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müə

"Bizimləsən" verilişində gərgin anlar yaşanıb.

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-d
