Bu dərmanların qiyməti artdı
Digərləri 30 İyl 2025 15:04:00 100 0
Tarif (qiymət) Şurasının 30 iyun 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
Bu xəbəri də oxu: Vüqar Qurbanov onlara yüksək vəzifə verdi
Şuradan Son.az-a verilən məlumata görə, iclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar 07.07.2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
Almaniyada yaşayan bloger Qabil Məmmədovun Azərbaycan Cinayət Məcəlləsin

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci ki

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunun 19,5-ci kilometrliyində yer�

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi ş

Rusiyada Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində vəfat edib.

ABŞ-nin kosmik agentliyi NASA-da ciddi itki yaşanır. "Təxirə salınmı

Xəzər rayonu Binə qəsəbəsində mərkəz istiqamətdə fəaliyyət göstər

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Xalid əl Səud 36 yaşında

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraş

Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində ("Montin" adla

Məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlins
