"Telegram" yeni dövrə keçdi
Digərləri 28 İyl 2025 22:00:00 85 0
Telegram messenceri istifadəçilərin şəxsiyyətini dəqiqləşdirmək üçün üz tanıma texnologiyasına əsaslanan rəsmi bot funksiyasını istifadəyə verib.
Bu xəbəri də oxu: Xankəndidə yanğın törədən şəxs həbs edildi
Son.az xəbər verir ki, bu yenilik yalnız Böyük Britaniya ərazisində aktivdir və orada qüvvəyə minmiş yeni qanunvericilik tələblərinə uyğun hazırlanıb. Yeni qaydalara əsasən, internet platformaları yetkinlik yaşına çatmayan şəxsləri zərərli və uyğun olmayan məzmundan qorumaq üçün daha ciddi tədbirlər görməyə borcludur.
Teleqramın təqdim etdiyi bu bot vasitəsilə istifadəçilər üzlərinin şəklini çəkərək sistemə təqdim edir və üz tanıma alqoritmləri ilə şəxsiyyətləri yoxlanılır. Ən vacib məqam isə ondan ibarətdir ki, istifadəçilərin göndərdiyi şəkillər və şəxsi məlumatlar yalnız istifadəçinin cihazında emal olunur, heç bir məlumat bulud sistemlərinə və ya xarici serverlərə ötürülmür.
Hazırda bu texnologiyanın yalnız test mərhələsində və Böyük Britaniya daxilində istifadəyə verilməsi planlaşdırılsa da, gələcəkdə başqa ölkələrdə də tətbiq olunacağı ehtimal edilir. Lakin istər istifadəçi təhlükəsizliyi, istərsə də məlumatların məxfiliyi baxımından Teleqramın bu addımı həm texnoloji, həm də etik cəhətdən diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, iyulun 25-dən etibarən Böyük Britaniyada yeni rəqəmsal təhlükəsizlik qaydaları qüvvəyə minib. Bu tələblər çərçivəsində platformalar azyaşlıları qorumaq üçün identifikasiya sistemlərini tətbiq etməyə başlayıb. Teleqram da bu çərçivədə öz texnoloji addımını atmış ilk platformalardan biridir.
Asya Son.az
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent R�

Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov Bakıdadı

Avtomobil bazarında müşahidə olunan durğunluq nəinki satıcıları, həmç

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müğənni Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasından qara p

Yataqxana infrastrukturuna malik peşə təhsili müəssisələrinin siyahısı

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

Sosial şəbəkədə yayılan video görənlərə kövrək anlar yaşadıb.

İyulun 22-də Fransa Milli Assambleyasında "Respublikaçılar" Parti

Tanınmış müğənni Nigar Camalın səhnə geyimi sosial şəbəkələrdə ge

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqs�

Rusiyanın "Aeroflot" hava yolları şirkətinin informasiya sistemind

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayon
