Qaxda toydan sonra xəstəxanaya düşən gənc ölüb, kəlləsində sınıq olub
Digərləri 27 İyl 2025 16:01:00 64 0
23 yaşlı Ağdam rayon sakini Qax Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
Bu xəbəri də oxu: Qarpızdakı qorxulu təhlükə bunu etmədən əsla yeməyin!
Son.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Qax şəhər ərazisindəki şadlıq evlərinin birində keçirilən toy məclisində iştirak edən hazırda Zaqatala rayonu qaçqın şəhərciyində yaşayan Ağdam rayon sakini 2002-ci il təvəllüdlü Orxan Nizami oğlu Qarayev şadlıq evinin pilləkənindən yıxılaraq ağır kəllə-beyn xəsarəti alıb.
Hadisədən sonra 23 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq O.Qarayev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
O.Qarayevin ölümünə aydınlıq gətirilmək üçün meyit Məhkəmə Tibbi Ekpertiza və Potoloji Anataomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
23 yaşlı gəncin xəstəxanada ölməsi faktı ilə bağlı TƏBİB-dən cavab olaraq bildirilib ki, 26.07.2025-ci il tarixində saat 21:20 radələrində yıxılması səbəbilə 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş kəllə-beyin silkələnməsi, kəllə əsasının sınığı, burun-qulaq qanaxması diaqnozu təyin olunub.
Pasiyent dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib, lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq 27.07.2025-ci il tarixində saat 08:00 radələrində ölüm faktı qeydə alınıb.
Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr ara

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət

İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıql

"Allah mənə nəyi nəsib etdisə, rəva bildisə, harada, hansı məqamda

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilb�

Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı nəqliyyat vasitəl

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı r

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər.

Muğlanın Marmaris bölgəsində, qayıqda baş verən dava nəticəsində həy

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha d

Sosial şəbəkələrdə yayılan bir doğum haqqında şəhadətnamənin görü

Türkiyənin məşhur pop ifaçısı Serdar Ortaç şəxsi həyatına dair səmi

İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
