“Baku Network” analitik mərkəzinin “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib


Digərləri 25 İyl 2025 18:24:00 65 0

“Baku Network” analitik mərkəzinin “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

"Baku Network" analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən "Hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə "Baku Network" mərkəzinin rəhbər şəxsləri, ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network"ün layihə direktoru Sahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda, həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtı Parisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəl Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhid jurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb.

"Baku Network"ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləvi informasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrin nə olduğunu tam anlayanlar çox azdır: "Hibrid təhlükə sadəcə haker hücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək, deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükə özümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bunu nəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda, ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik. Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik".

Öz növbəsində Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev deyib ki, indiki zamanda şəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyaların formalaşması, xüsusən "Baku Network" kimi qurumların fəaliyyətinə böyük zərurət yaradır: "Bu layihənin ölkə üçün əhəmiyyətinin fərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir. Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılan materiallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyük nailiyyətdir".

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdə gedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir:

"Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yeni texnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməklə yanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar daha genişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə bir şəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır".

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda like
  • 25 İyl 18:20  
Digərləri “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

İnnovasiya və sürət lideri "Bakcell"in dəstəyi və "YAŞAT&

arrow Ətraflı
Sürücülərin nəzərinə  Bu yollar bağlı olacaq like
  • 25 İyl 17:56  
Digərləri Sürücülərin nəzərinə Bu yollar bağlı olacaq

Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər

arrow Ətraflı
Hərbi pilotlarımız təlimməşq uçuşları keçiriblər like
  • 25 İyl 17:46  
Digərləri Hərbi pilotlarımız təlimməşq uçuşları keçiriblər

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hel

arrow Ətraflı
Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI like
  • 25 İyl 17:22  
Şou-biznes Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI

Türkiyə pop musiqisinin tanınmış siması Mustafa Sandal uzun illərdir müb

arrow Ətraflı
Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR like
  • 25 İyl 17:06  
Digərləri Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatla

arrow Ətraflı
Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi like
  • 25 İyl 16:55  
Digərləri Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi

Moskvada Azərbaycan əsilli sahibkara məxsus şirkətdə axtarış aparılıb

arrow Ətraflı
İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir? like
  • 25 İyl 16:54  
Digərləri İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir?

Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak k

arrow Ətraflı
Türkiyədə içərisində 12 nəfərin olduğu kater yanır like
  • 25 İyl 16:49  
Digərləri Türkiyədə içərisində 12 nəfərin olduğu kater yanır

İstanbulun Kınalıada sahillərində içərisində 12 nəfərin olduğu kater

arrow Ətraflı
Brilyant artıq dəbdəbə deyil: Çin dünya almaz sənayesini sarsıdır like
  • 25 İyl 16:30  
Digərləri Brilyant artıq dəbdəbə deyil: Çin dünya almaz sənayesini sarsıdır

Çində süni almaz istehsalında texnoloji sıçrayış dünya almaz sənayesin

arrow Ətraflı
ABŞ Ukraynadan dronlar alacaq like
  • 25 İyl 16:16  
Dünya ABŞ Ukraynadan dronlar alacaq

Ukrayna ABŞ ilə döyüş dronlarının tədarükü üzrə genişmiqyaslı müq

arrow Ətraflı
Nazirlikdən Allahverdi Yolçuyev barədə AÇIQLAMA like
  • 25 İyl 16:05  
Kriminal Nazirlikdən Allahverdi Yolçuyev barədə AÇIQLAMA

"Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası M�

arrow Ətraflı
Castin Bakıya gəldi like
  • 25 İyl 15:59  
Şou-biznes Castin Bakıya gəldi

Dünya şöhrətli pop ulduzu Castin Timberleyk artıq Bakıdadır.

arrow Ətraflı
Türkiyənin iki bölgəsi fəlakət zonaları elan edildi like
  • 25 İyl 15:49  
Digərləri Türkiyənin iki bölgəsi fəlakət zonaları elan edildi

Bilecik və İzmir meşə yanğınları səbəbindən "Ümumi həyata təsi

arrow Ətraflı