"Colgate" diş məcunu Azərbaycanda
Digərləri 23 İyl 2025 21:06:00 87 0
Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı qadağan edilib. Bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb. Qurum qadağanı "Colgate"dən istifadə etdikdən sonra ağızın qıcıqlanması ilə bağlı istehlakçıların artan şikayətləri ilə izah edib. İstehlakçılar diş məcunundan istifadə etdikdən sonra ağız boşluğu toxumalarının qıcıqlanması, iltihabı, yanma, diş ətində şişkinlik və ağrının yaranmasından şikayətləniblər. Sözügedən markanın Braziliyada da satışı dayandırılıb.
Bu xəbəri də oxu: Kəmaləddin Heydərov tanınmış idmançıya yüksək vəzifə verdi
Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Bu diş məcunu ilə bağlı monitorinq aparılır? Müvafiq quruma hər hansı şikayət daxil olub? Qarşıdakı dövrdə satışına qadağa qoyula bilər?
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.
Məlumatda vurğulanıb ki, "Colgate Total Clean Mint" adlı diş məcununun insan həyatına və sağlamlığına zərər vurması ilə bağlı indiyədək istehlakçılardan agentliyə hər hansı şikayət daxil olmayıb:
"Qeyd edilən məsələ ilə bağlı dəqiq faktlar (sübutlar) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunacağı təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qeyri-qida istehlak mallarına, o cümlədən diş məcunlarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri diş məcunlarına dair standartların və uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.
İstannulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü keçirilir.

"Bir gün eşitdim ki, filankəs maşın alıb, ev təmir etdirib. Elgiz Ə

Sabahdan Bakının Səbail rayonunda təmirlə bağlı yolda hərəkətə məhdu

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid M

TRT-nin FETÖ-nün 15 iyul 2016-cı il tarixindəki xain çevriliş cəhdini mö

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər bat

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən

Atası tərəfindən itkin düşdüyü bildirilən 9 yaşlı kanadalı qızın c

Egey dənizində 5 maqnitudaya yaxın zəlzələ olub.

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında,

Azərbaycanda torpaq sənədləşdirilməsi prosesində gecikmələrin əsas sə

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar iç
