20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş


Digərləri 18 İyl 2025 10:44:00 63 0

20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış halda meyiti tapılan 26 yaşlı Gönül Çelenin cinayətə qurban getdiyi müəyyən edilib.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, məlumat əsasında başlanan istintaq nəticəsində polis 4-ü qadın olmaqla 7 nəfəri saxlayıb.

2005-ci il aprelin 25-də Pendikdəki Tersane qatar stansiyasının relslərində bir qadın meyiti tapılmışdı. Meyitin üzərindən keçən qatar nəticəsində bədənin parçalandığı müəyyən edilmişdi.

Hadisə qeydlərə intihar kimi keçmişdi

Araşdırmalar nəticəsində meyitin 26 yaşında 2 uşaq anası olan Gönül Çelənə aid olduğu müəyyən olunmuşdu. Hadisə o dövrdə polis qeydlərinə intihar kimi daxil edilmişdi.

İllər sonra bir məlumat polisin hərəkətə keçməsinə səbəb oldu

Hadisədən 20 il sonra bir şəxsin verdiyi məlumatla cinayət işi yenidən açılıb. Məlumatı verən şəxs gənc qadının qətlə yetirildiyini bildirib. İstanbul Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən aparılan istintaq zamanı hadisə ilə əlaqəli olduğu ehtimal edilən 4-ü qadın olmaqla 7 nəfər Muğla, Edirne, Sakarya, Trabzon və İstanbulda keçirilən əməliyyatlarla saxlanılıb.

Məhkəmə-Tibbi Ekspertiza: "O qədər sərxoş halda yeriyə bilməzdi"

İstintaq çərçivəsində Gönül Çelenin meyiti üzərində Məhkəmə-Tibbi Ekspertiza tərəfindən aparılan analiz nəticəsində onun qanında 304 promil spirt olduğu aşkarlanıb. Mütəxəssislər belə yüksək miqdarda spirt qəbul edən şəxsin yeriyə bilməyəcəyini və öz başına relslərə gedib çıxmasının mümkün olmadığını bildiriblər.

Telefonuna başqa SIM kart taxılıb, zəng edilib

Həmçinin məlum olub ki, Gönül Çelənin guya intihar etdiyi saatdan bir neçə dəqiqə sonra onun mobil telefonuna başqa bir SIM kart taxılıb və bu nömrədən zəng edilib. İstintaq zamanı saxlanılan şəxslər arasında Gönülün son dəfə görüldüyü dostları, keçmiş işəgötürəni, həmin SIM kartın sahibi və kartdan ilk zəng olunan şəxs də yer alır.

İki silah aşkar edilib

Keçirilən əməliyyat zamanı basqın edilən evlərdən birində iki ədəd lisenziyasız, quru sıxıdan düzəldilmiş tapança və çox sayda güllə aşkar olunub. Şübhəlilər polis idarəsindəki dindirmələrdən sonra məhkəməyə göndəriliblər.

Kənan Son.az


Xəbərə aid video

Bu ölkədə güclü zəlzələ oldu like
  • 18 İyl 10:39  
Dünya Bu ölkədə güclü zəlzələ oldu

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri like
  • 18 İyl 10:30  
Digərləri Kəlbəcərin təbiət cənnəti: Ala Göllərin möhtəşəm görüntüləri

Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik

arrow Ətraflı
Bakıda çılpaq gəzən gənc saxlanıldı  FOTO like
  • 18 İyl 10:22  
Digərləri Bakıda çılpaq gəzən gənc saxlanıldı FOTO

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız h�

arrow Ətraflı
Ayşəni öldürən keçmiş polis əməkdaşının ŞOK İFADƏSİ like
  • 18 İyl 10:14  
Digərləri Ayşəni öldürən keçmiş polis əməkdaşının ŞOK İFADƏSİ

İstanbulda universitet tələbəsi, 22 yaşlı Ayşe Tokyazın qətli ilə bağ

arrow Ətraflı
Bakının 3 rayonunda qaz olmayacaq  XƏBƏRDARLIQ like
  • 18 İyl 09:54  
Digərləri Bakının 3 rayonunda qaz olmayacaq XƏBƏRDARLIQ

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar&

arrow Ətraflı
"Azeri Light" markalı neftin qiyməti bahalaşdı like
  • 18 İyl 09:51  
Digərləri "Azeri Light" markalı neftin qiyməti bahalaşdı

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Zaqatalada evdə meyiti tapılan hərbçinin like
  • 18 İyl 09:44  
Digərləri Zaqatalada evdə meyiti tapılan hərbçinin

Zaqatalada 24 yaşlı hərbçinin meyiti tapılıb.

arrow Ətraflı
Suriyada nazirə suiqəsd cəhdi: Şara Dəməşqi tərk etdi like
  • 18 İyl 09:40  
Dünya Suriyada nazirə suiqəsd cəhdi: Şara Dəməşqi tərk etdi

İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri

arrow Ətraflı
Trampın səhhətində problem yarandı  Bu xəstəlikdən əziyyət çəkir like
  • 18 İyl 09:25  
Dünya Trampın səhhətində problem yarandı Bu xəstəlikdən əziyyət çəkir

ABŞ Prezidenti Donald Tramp ayaqlarında yaranan yüngül şişkinlik və qolun

arrow Ətraflı
Bu günün valyuta məzənnələri like
  • 18 İyl 09:15  
Digərləri Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) 18 iyul tarixindən etibarən valyuta məzən

arrow Ətraflı
Hadisənin bu görüntüləri sevənlərini üzdü like
  • 18 İyl 08:48  
Şou-biznes Hadisənin bu görüntüləri sevənlərini üzdü

Türkiyəli müğənni Hadisənin son klipində üzündəki qırışlar müzakir

arrow Ətraflı
Səxavət Məmmədovun nəvəsi illər sonra like
  • 18 İyl 07:07  
Şou-biznes Səxavət Məmmədovun nəvəsi illər sonra

Mərhum xanəndə Səxavət Məmmədovun nəvəsi Cüneytin yeni videosu yayıl�

arrow Ətraflı
Bu vitaminlərə görə iydə yeyin like
  • 18 İyl 06:06  
Digərləri Bu vitaminlərə görə iydə yeyin

Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox faydalar

arrow Ətraflı
Yay kafeləri sağlamlıq üçün təhlükəlidir  bu qidalardan xüsusilə uzaq durmalısınız like
  • 18 İyl 04:04  
Digərləri Yay kafeləri sağlamlıq üçün təhlükəlidir bu qidalardan xüsusilə uzaq durmalısınız

Açıq hava kafelərinin fəallaşdığı yay mövsümündə zəhərlənmə hall

arrow Ətraflı
Zebra əslində hansı rəngdədir: Qaraağ, yoxsa ağqara? like
  • 18 İyl 03:03  
Digərləri Zebra əslində hansı rəngdədir: Qaraağ, yoxsa ağqara?

Zebranın niyə zolaqlı olduğu və bu zolaqların hansı rəngdə olduğu - qa

arrow Ətraflı