Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Bioloqdan açıqlama
Digərləri 15 İyl 2025 16:36:00 66 0
Bakıda çimərlik ərazilərdə suda görünən ilanlar həmin yerlərdə qəfildən peydə olmayıb, bu sürünənlər elə həmin ərazilərdə yaşayırlar.
Son.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov son günlər Bakıda çimərlik ərazilərdə ilanların olması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, yayda çimərlik kimi istifadə olunan dəniz sahili ərazilərdə, çimərliyin özünə bitişik quraq, daşlı-qayalı, kol-koslu, insanın iştirakı olmayan ərazilər var.
"Belə lokal sahələrdə quruda və suda, o cümlədən də zəhərli gürzə ilanına rast gəlmək olar. Sözügedən yerlərdə onların gizlənmə yerləri var. Soyuq aylarda insanlar çimərlik ərazilərdə olmur deyə ilanları görmür. Yayda dənizə gedəndə ilanları görürlər, elə bilirlər ki, onlar həmin yerlərdə yeni peydə olur. Əslində isə su ilanları yumurtalarını quruda qoyur və dənizə qidalanmaq üçün gedir. Bundan başqa, digər bir səbəb isə onların olduğu ərazilərə insanların yaxınlaşması ola bilər".
T.İsgəndərov əlavə edib ki, gürzə ilanından başqa, digərlərinin suda olması insanlar üçün təhlükə yaratmır:
"Əgər biz onların təbii yaşadığı yerə girib yaxınlaşıb deyiriksə, burada ilanlar peydə olunub, bu, düzgün deyil. Gürzə ilanından başqa, digərlərinin insanlar üçün təhlükəsi yoxdur, yəni zəhərli formada sancmır. Qabaqlayıcı tədbir kimi nəsə etmək də mümkün deyil. Burada insanları maarifləndirmək lazımdır. İlan yaşayan qayalı yerlərdən uzaq durmaq lazımdır, kol-kosa yaxın əraizlərdə ocaq qalanmamalıdır".
Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin veriliş

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bu ilin oktyabr ayında Rusiy

Sonradan başa düşdüm"

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefo

Slovakiya Azərbaycanın iqtisadi cəhətdən perspektivli regionlarından birin

Xalq artisti Alim Qasımov yeni paylaşımı ilə gündəm olub.

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötür�

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən "Vağzal meydanı" �

Baku Network analitik mərkəzi şəhid jurnalistlərimizin sərgisini ilk dəf�

Kocaelinin Dilovası rayonunda 5 nəfərin həyatını itirdiyi qorxunc qəzanı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayı

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan &qu

Bu gün Türkiyədə Terror Təşkilatı (FETÖ) tərəfindən 2016-cı il iyulu
