Əmlak bu qaydada rəsmiləşdiriləcək
Digərləri 14 İyl 2025 13:53:00 71 0
Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdiriləcək.
Bu xəbəri də oxu: Bakıda məşhur yaşayış kompleksində ÖLÜM
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Beləliklə, layihələrə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdiriləcək.
Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat" informasiya sisteminə göndərilən protokol əsasında veriləcək. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini

"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək is

Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb.

Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin üm

Xüsusi icra məmurları bu Qanunun tələblərinin pozulmasına görə qanunla

"MİDA" yaşayış kompleksində ölüm hadisəsi baş verib.

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ü

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidas�

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatl

Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib
