Rusiya xarici siyasi təsir aləti kimi KİVdən daha fəal istifadə etməyə başlayıb


Digərləri 12 İyl 2025 12:43:00 69 0

Rusiya xarici siyasi təsir aləti kimi KİVdən daha fəal istifadə etməyə başlayıb

Son illər Rusiya Federasiyası xarici siyasi təsir aləti kimi kütləvi informasiya vastiələrindən daha fəal istifadə etməyə başlayıb.

Son.az xəbər verir ki, bu barədə Azərbaycanın Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciətində deyilir.

"İnformasiya fəaliyyəti pərdəsi altında suveren dövlətlərdə ictimai rəyin formalaşdırılması və siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirilir. Belə addımlar digər ölkələrin daxili işlərinə müdaxilə olmaqla yanaşı, yerli ictimai institutların fəaliyyətini sarsıdır və hakimiyyətə olan inamı azaldır. Bu praktika xüsusilə Rusiya Federasiyasının "Sputnik" agentliyinin və onun əməkdaşlarının fəaliyyəti timsalında açıq şəkildə müşahidə olunur. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı etirazını ifadə edən beynəlxalq təşkilatlara, jurnalist və insan haqları assosiasiyalarına ünvanladığı açıq məktuba cavab olaraq biz zəruri hesab edirik ki, beynəlxalq ictimaiyyətə baş verən hadisələrin obyektiv mənzərəsini təqdim edək", - müraciətdə qeyd olunur.

Mətbuat Şurasının bəyanatında vurğulanır ki, ilk növbədə həmin məktubda faktlar kobud şəkildə təhrif edilib, bu isə beynəlxalq ictimai rəyə təsir göstərmək məqsədilə aparılan manipulyasiya cəhdlərini açıq şəkildə nümayiş etdirir.

""Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevgeni Belousovun həbsi açıq məktubda irəli sürülən iddiaların əksinə olaraq onların jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə vurğulamaq lazımdır ki, adıçəkilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və Azərbaycanda məhz jurnalist fəaliyyətindən kənar tapşırıqları yerinə yetirmək məqsədilə olublar. Bu baxımdan onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun şəkildə və hüquqi çərçivədə atılmış qanuni addımdır.

Vəziyyəti daha dolğun anlamaq üçün diqqətə çatdırmaq istərdik ki, bir müddət öncə "Sputnik Azərbaycan"a bir neçə il rəhbərlik etmiş şəxs - Vitali Denisov Rusiya xüsusi xidmət orqanlarının kadr zabiti olub və Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx əlaqələrə malikdir. O, bundan əvvəl "Sputnik Cənubi Osetiya"ya, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olduğu müddətdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarını Kremlin təbliğat gündəliyini yaymaq üçün istifadə edərək informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib", - müraciətdə bildirilir.

Qeyd olunur ki, subversiv fəaliyyəti səbəbindən Denisov həm Azərbaycandan, həm də Moldovadan deportasiya edilib. Bu fakt bir daha sübut edir ki, jurnalist fəaliyyəti pərdəsi altında tez-tez cəmiyyətin məlumatlandırılması ilə heç bir əlaqəsi olmayan və qəbul edən ölkələrin milli təhlükəsizliyinə real təhlükə yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdləri həyata keçirilir.

""Sputnik" kimi saxta media strukturlarından alət olaraq istifadə edən xüsusi xidmət orqanlarının bu cür fəaliyyət metodları suveren ölkələrdə sabitliyin pozulmasına yönəlmiş daha genişmiqyaslı hibrid strategiyanın tərkib hissəsidir. Bu faktı Avropa Şurası, Avropa Parlamenti, "EuvsDisinfo" və EDMO kimi aparıcı beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Onların sənədlərində qeyd olunur ki, "Sputnik" sadəcə bir xəbər agentliyi deyil, Rusiyanın digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə məqsədi daşıyan dezinformasiya kampaniyasının əsas alətidir.

Bu baxımdan, beynəlxalq ictimaiyyətin "Sputnik"in fəaliyyətinə verdiyi reaksiya tamamilə qanunauyğundur: agentlik 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 üzvündə, habelə Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi şəkildə qadağan olunub və ya bloklanıb", - deyə vurğulanır.

Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO like
  • 12 İyl 12:41  
Digərləri Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

arrow Ətraflı
FHN əhaliyə xəbərdarlıq etdi like
  • 12 İyl 12:37  
Digərləri FHN əhaliyə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhal

arrow Ətraflı
Azərbaycanlı aktyor "tanınmaz halda"  Depressiyaya düşüb... like
  • 12 İyl 12:26  
Şou-biznes Azərbaycanlı aktyor "tanınmaz halda" Depressiyaya düşüb...

Aktyor Elcan Rəsulov depressiyaya düşdüyün bildirib. 

arrow Ətraflı
Bazar günü əsl dəniz havası olacaq like
  • 12 İyl 12:25  
Digərləri Bazar günü əsl dəniz havası olacaq

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Fransa "X" sosial şəbəkəsinə qarşı istintaqa başladı like
  • 12 İyl 12:14  
Digərləri Fransa "X" sosial şəbəkəsinə qarşı istintaqa başladı

Fransa prokurorları milyarder İlon Maska məxsus "X" sosial media pl

arrow Ətraflı
Rusiya Çernovtsı vurdu  Ölənlər və yaralananlar var like
  • 12 İyl 12:10  
Digərləri Rusiya Çernovtsı vurdu Ölənlər və yaralananlar var

Rusiya gecə saatlarında Ukraynanın Çernovtsı şəhərinə pilotsuz uçuş

arrow Ətraflı
Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik" like
  • 12 İyl 11:58  
Digərləri Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiyanın ənənəvi

arrow Ətraflı
Kadir özünə xınayaxdı mərasimi keçirdi  Ağlayaağlaya... – like
  • 12 İyl 11:47  
Şou-biznes Kadir özünə xınayaxdı mərasimi keçirdi Ağlayaağlaya... –

Türkiyəli sosial media fenomeni Kadir Ezildi paylaşdığı görüntülərlə

arrow Ətraflı
Paytaxt küçələri yenidən yuyuldu  FOTO like
  • 12 İyl 11:46  
Digərləri Paytaxt küçələri yenidən yuyuldu FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də p

arrow Ətraflı
Tanınmış hakim təqaüdə göndərildi  FOTO like
  • 12 İyl 11:37  
Digərləri Tanınmış hakim təqaüdə göndərildi FOTO

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Nigar Rəsulbəyovanın təq

arrow Ətraflı
Çay evində zarafat faciə ilə bitdi : Çayçı qətlə yetirildi  TƏFƏRRÜAT like
  • 12 İyl 11:16  
Digərləri Çay evində zarafat faciə ilə bitdi : Çayçı qətlə yetirildi TƏFƏRRÜAT

Göyçay rayonunda çayxanada zarafat qətl hadisəsi ilə nəticələnib.

arrow Ətraflı
Ayselin yeni işi müzakirələr yaratdı: like
  • 12 İyl 10:54  
Şou-biznes Ayselin yeni işi müzakirələr yaratdı:

Müğənni Aisel "İlk günah" adlı yeni layihəsindən ilk görünt�

arrow Ətraflı
Anar Abdullayevin cəzası bəlli oldu like
  • 12 İyl 10:50  
Kriminal Anar Abdullayevin cəzası bəlli oldu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

arrow Ətraflı
Bakıda BMW yandı like
  • 12 İyl 10:44  
Digərləri Bakıda BMW yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Paşinyan düz sərhədimizə gəldi  SƏBƏB like
  • 12 İyl 10:43  
Digərləri Paşinyan düz sərhədimizə gəldi SƏBƏB

Ermənistanın Baş naziri, Mülki Müqaviləsi Partiyasının İdarə Heyətini

arrow Ətraflı