Yayda görünməz təhlükədən necə qorunaq?
Digərləri 05 İyl 2025 22:32:00 68 0
Yay mövsümündə arı, ağcaqanad, gənə və digər həşəratların fəallığı artır. Bu isə xüsusilə açıq havada olan insanlar üçün sağlamlıq riski yaradır.
Bu xəbəri də oxu: Kür çayında 2 kater toqquşdu
Son.az xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, bəzi həşərat dişləmələri sadə qıcıqlanma ilə keçsə də, bəzən ciddi allergik reaksiyalara və həyati təhlükəyə səbəb ola bilər.
Arı və eşşək arısı sancmaları ağrı, şişkinlik və qızartı yaradır, allergik insanlarda isə anafilaktik şok riski daşıyır. Ağcaqanad dişləmələri qaşınma və infeksiyalara səbəb ola bilər. Gənə dişləmələri bəzi hallarda Lyme xəstəliyi və Krım-Konqo kimi təhlükəli virusları ötürə bilər. Həşərat dişləməsi və sancması zamanı ilk növbədə sakit qalmaq, əgər varsa, iynəni çıxarmaq, zərərçəkən nahiyəyə soyuq kompres tətbiq etmək və lazım olduqda antihistaminik dərmanlardan istifadə etmək tövsiyə olunur. Əgər nəfəs darlığı, başgicəllənmə, boğazda şişkinlik və ya səpgi müşahidə olunarsa, dərhal təcili tibbi yardım göstərilməlidir.
Mütəxəssislər bu halların qarşısını almaq üçün açıq havada uzunqollu geyimlər geyinməyi, qoruyucu sprey və şəbəkələrdən istifadə etməyi, gənə olan ərazilərdə bədəni örtən geyimlər seçməyi və bədəni mütəmadi yoxlamağı məsləhət görür. Allergiyaya meyilli şəxslərə isə yay aylarında özləri ilə həmişə antihistaminik preparatlar və adrenalin iynəsi (EpiPen) gəzdirmələri tövsiyə olunur.
Qeyd edək ki, uşaqlar və yaşlılar bu baxımdan daha həssas qrup sayılır və diqqətlə qorunmalıdır.
Asya Son.az
Türkiyəli aktrisa Bade İşçil bu dəfə dəbdəbədən uzaq, sadə və səmi

Əməkdar artist Sevda Ələkbərzadə sonuncu solo konsertindən danışıb.

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım oldu�

Xəbər verdiyimiz kimi, dostları mərhum aktyor Azər Baxşəliyevin ad gün�

Ulaş Tuna Astepe və Devrim Özkan'ın baş rollarda oynadığı, komedi ja

309 596 Avro vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib edilmiş pr

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Beyləqanda kanalda batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Bəzən fikirləşirsiz ki, hər şeyi düzgün edirsiniz, amma kilolar getmir v

Türkiyəli müğənni Hülya Avşar açıqlaması ilə gündəmə gəlib.

Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyev hüquq-müh

Hazırda avtomobil bazarında artım müşahidə olunmur. Bazarda ümumi qeyri-f
