Bağ evlərinin qiyməti “od tutub yanır” Bir ayın kirayəsi
Digərləri 05 İyl 2025 14:26:00 92 0
Mövsümə görə Bakı və rayonlarda hovuzlu villaların qiyməti "alışıb-yanır" - dövlət müdaxilə edə bilərmi?
Bu xəbəri də oxu: Mahmud Əmirəliyev Rusiyada SAXLANILDI
Yay gəlişi ilə Bakı və ətraf kəndlərdə, rayonlarda bağ evlərinin qiymətləri yenə "alışıb-yanır". Şəhərdən uzaqlaşıb sakitlik tapmaq istəyənlər hər il olduğu kimi bu yay da kirayə bağ evlərinə üz tuturlar. Amma qiymətlərə baxanda çoxlarının nəfəsi kəsilir: bir günlük kirayə bəzən şəhərdə bir ayın kirayəsinə bərabər olur.
Artıq paytaxt sakinləri ailəvi istirahət üçün Bakının Bilgəh, Şüvəlan, Mərdəkan, Buzovna kimi kəndlərində, eləcə də Quba, Qəbələ, Şəki və Lənkəran kimi rayonlarda qiymətlərlə maraqlanırlar. Əlverişli yer, təmiz hava və dənizə yaxınlıq istəyənlərin sayı artdıqca bağ evlərinin qiymətləri də "uçur".
Araşdırmamız göstərir ki, bu mövsüm bağ evlərinin qiymətləri ötən illə müqayisədə yenə artıb. Bakı kəndlərində adi hovuzlu bağ evlərinin bir günlük kirayəsi hazırda 250-300 manat civarındadır. Villa tipli, daha böyük və zəngin imkanlı evlərdə isə qiymətlər 350-400 manatdan başlayır. Bu isə deməkdir ki, şəhərdə orta kirayə mənzil üçün ödədiyiniz pulu, bağ evində cəmi bir günə xərcləməlisiniz.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bağ evlərinin kirayəsi mövsümi xarakter daşıyır və bu səbəbdən qiymətləri ciddi şəkildə artan tələb müəyyən edir: "Hər yay əvvəlki ilə nisbətən qiymətlərdə 10-15 faiz artım müşahidə olunur. Çünki əhalinin bir qismi yay aylarını bağ evlərində keçirmək istəyir və bu da tələbatı artırır". Onun sözlərinə görə, pandemiyadan əvvəl bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 manat idisə, sonrakı illərdə bu rəqəm 20-25 faiz yüksəlib.
Onun sözlərinə görə, kirayə təklif edilən daşınmaz əmlakın qiymətini inzibati yolla tənzimləmək mümkün deyil: "Hər hansısa alət yoxdur ki, dövlət və ya hansısa qurum bunu tənzimləsin. Bu yalnız bazar münasibətləri nəticəsində, tələb və təklif arasındakı asılılığa uyğun olaraq qiymətlər tənzimlənir. Təklif qiymətlərinin yüksək olması onu göstərir ki, təklifə qarşı tələbat mövzudur. İnsanlarımız bir günə 250-300 manat ödəyib istirahət etməyi üstün hesab edirlər. Bu onunla əlaqəlidir ki, hazırda quru sərhədlər bağlıdır və vətəndaşlar ölkə xaricində deyil, ölkə daxilində istirahət etməli olurlar. Əvvəllər insanlar daha çox Türkiyə və Gürcüstana gedirdilər. İndi isə əhalinin müəyyən qismi təyyarə ilə səyahət edir. Digər qismi isə ölkədə eyni istirahət şəraitini yaratmağa üstünlük verirlər. Bu da daşınmaz əmlakın ölkədə qiymətini yüksəldir".
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər: "Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni qiymət tələbata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər. Əmlak vətəndaşın şəxsi mülkiyyətidir, onun özü tərəfindən tənzimlənir. Qanunvericilikdə heç bir təsir mexanizmi ola bilməz.
Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insan

Analara ən bağlı olan 4 kişi bürcü var və bu bürclərə aid kişilər an

Şəkidə "Mersedes" və "Ford Tranzit" markalı yük avtomo

Müğənni Arzu Mirzəyeva ilə aparıcı Zaur Nəbioğlunun efirdə mübahisəs

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin f

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davran

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.

Avstraliyalı model Alicia Davis mütəmadi olaraq ona günəş kremi sürəcək

Bu gün səhər saatlarında Bakının "Neftçilər" metrostansiyasın

Astrologiyaya görə bəzi bürclər təbii liderlikləri və cazibədar enerjil

İspaniyanın Mayorka adasındakı Palma hava limanında Ryanair təyyarəsində

ABŞ Prezidenti Donald Tramp xərclər və vergiyə dair genişmiqyaslı qanunu

Ermənistan xarici işlər naziri (XİN) Ararat Mirzoyan bəyannamədə açıqla

Tanınmış müğənni Günel Zeynalova paylaşımı ilə diqqət çəkib.
