Tanınmış çay markasında boya aşkarlandı Nazirlik ifşa etdi
Digərləri 04 İyl 2025 16:44:00 74 0
İstanbulun Küçükçekmece rayonunda fəaliyyət göstərən KALE İstehlak Malları və Qida Sənayesi Ticarət Limited Şirkətinə məxsus "Şirin Çay" markalı qara çayda təhlükəli tərkib aşkarlanıb.
Son.az xəbər verir ki , Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin apardığı laboratoriya analizləri nəticəsində məlum olub ki, məhsulun 003 partiya nömrəli nümunəsində qadağan olunmuş qida boyası istifadə edilib.
Rəsmi açıqlamaya görə, 1 iyul 2025-ci il tarixində aparılan yoxlamalarda aşkarlanan boyaq maddəsi çay kimi təbii məhsullarda istifadəsi qəti şəkildə qadağandır. Mütəxəssislər bildiriblər ki, bu cür maddələr uzunmüddətli istifadədə qaraciyər, böyrək kimi həyati orqanlara zərər vura bilər, hətta bəzi hallarda kanserogen təsirə malik ola bilər.
Qida təhlükəsizliyi mütəxəssisləri xəbərdarlıq edirlər ki, məhsulun rəngini və görünüşünü yaxşılaşdırmaq məqsədilə istifadə olunan bu cür boyalar istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çayın təbii xüsusiyyətlərini dəyişdirmək, həm keyfiyyət, həm də təhlükəsizlik baxımından risklidir.
Nazirlik və digər aidiyyəti qurumlar "Şirin Çay" markalı və 003 partiya nömrəli məhsulu alanlara müraciət edərək bildiriblər ki, həmin çay istehlak edilməməlidir. Vətəndaşlara məhsulu məhv etmələri və ya müvafiq orqanlara məlumat vermələri tövsiyə olunub.
Qeyd edək ki, aşkar edilmiş pozuntu ilə bağlı inzibati tədbirlərə başlanılıb. Nazirlik gələcəkdə bu cür halların qarşısını almaq üçün nəzarət və yoxlamaların gücləndiriləcəyini açıqlayıb.
Xəbərə aid video
Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham

Tanınmış xanəndə Mirələm Mirələmovun kiçik oğlunun görünütsü mara

İyulun 5-də "Sea Breeze"də baş tutacaq "Yay musiqi konserti&q

İyulun 4-də Xankəndi şəhərində İqtisadi ƏMəkdaşlıq Təşkilatının

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və

ABŞ-nin Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün təşkil

"AzerGold" QSC-nin təşkilatçılığı ilə həyata keçirilən &quo

Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-M�

Tacikistan regional enerji bazarının yaradılmasında maraqlıdır.

Son günlər ölkədə qripə bənzər virus yayılır. Xəstəlik yüksək hər

Bir müddət əvvəl həbs edilən meyxanaçı "Mahir Ay Brat" ləqəb

"Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT,

"Media haqqında" Qanuna dəyişiklik və əlavələrə dair qanun lay
