II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ


Digərləri 03 İyl 2025 11:41:00 68 0

II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu xəbəri də oxu: Bu ərazilərdə işıq olmayacaq

Son.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18013, III ixtisas qrupu üzrə imtahanda isə 23470 nəfər olmaqla, ümumilikdə 41483 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 5-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 32 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Uşaqlara "tok" verdilər, beyinləri daha yaxşı işləməyə başladı like
  • 03 İyl 11:30  
Dünya Uşaqlara "tok" verdilər, beyinləri daha yaxşı işləməyə başladı

Tələbələrin beyninə zəif elektrik verildi, riyaziyyat qabiliyyətləri art

arrow Ətraflı
Britaniyalı pilot azərbaycanlı müğənniyə elçi düşdü like
  • 03 İyl 11:20  
Şou-biznes Britaniyalı pilot azərbaycanlı müğənniyə elçi düşdü

Britaniyalı pilot müğənni Kəmalə Qaramollayevaya elçi düşüb.

arrow Ətraflı
Emin Rusiyadakı konsertini ləğv etdi like
  • 03 İyl 11:05  
Şou-biznes Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salın

arrow Ətraflı
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq  DİQQƏT! like
  • 03 İyl 11:00  
Digərləri İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq DİQQƏT!

Alimlərin məlumatına görə, bu yay 9 iyul, 22 iyul və ya 5 avqust tarixlər

arrow Ətraflı
Prezident İlham Əliyev ƏhmədbəyliFüzuliŞuşa yolunun açılışında iştirak edib  FOTO like
  • 03 İyl 10:59  
Siyasət Prezident İlham Əliyev ƏhmədbəyliFüzuliŞuşa yolunun açılışında iştirak edib FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbə

arrow Ətraflı
Arif Paşayev və Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalandı  FOTO like
  • 03 İyl 10:52  
Digərləri Arif Paşayev və Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalandı FOTO

Cari ilin iyun ayında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mi

arrow Ətraflı
Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər like
  • 03 İyl 10:45  
Digərləri Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər

Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildir

arrow Ətraflı
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi like
  • 03 İyl 10:38  
Digərləri Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsi

arrow Ətraflı
Bakıda məşhur istirahət mərkəzində faciə: Ölən var like
  • 03 İyl 10:28  
Digərləri Bakıda məşhur istirahət mərkəzində faciə: Ölən var

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib. 

arrow Ətraflı
Bilgəh çimərliyində boynu sınan gənc öldü like
  • 03 İyl 10:25  
Digərləri Bilgəh çimərliyində boynu sınan gənc öldü

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

arrow Ətraflı
Dəhşətli QƏZA: yük maşınında sıxılı vəziyyətdə qaldı like
  • 03 İyl 10:20  
Digərləri Dəhşətli QƏZA: yük maşınında sıxılı vəziyyətdə qaldı

Quba-Bakı avtomobil yolunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Ermənistandan Rusiyaya tərs şillə  Ölkəyə buraxmadı like
  • 03 İyl 10:14  
Dünya Ermənistandan Rusiyaya tərs şillə Ölkəyə buraxmadı

Ermənistan iyulun 2-dən etibarən Rusiyanın "Əsl Dondurma Zavodu"

arrow Ətraflı
Bu ərazilərdə işıq olmayacaq like
  • 03 İyl 10:00  
Digərləri Bu ərazilərdə işıq olmayacaq

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verili

arrow Ətraflı
İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq? like
  • 03 İyl 09:50  
Digərləri İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq?

İyul ayı bəzi bürclər üçün maddi baxımdan xüsusi önəm daşıyacaq. U

arrow Ətraflı
Avronun "qalibiyyəti" uzun çəkmədi  özü ilə bu valyutaları da "çökdürdü" like
  • 03 İyl 09:42  
Digərləri Avronun "qalibiyyəti" uzun çəkmədi özü ilə bu valyutaları da "çökdürdü"

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı