Alimlərin yeni kəşfi dinozavrların hərəkət sürəti haqqında anlayışı dəyişdi


Digərləri 02 İyl 2025 02:02:00 86 0

Alimlərin yeni kəşfi dinozavrların hərəkət sürəti haqqında anlayışı dəyişdi

Qədim heyvanların izləri onların hərəkət sürətini qiymətləndirmək üçün geniş istifadə edilsə də, yeni tədqiqat belə hesablamaların dəqiqliyini şübhə altına alır. 

Son.az xəbər verir ki, "Interesting Engineering"in məlumatına görə, alimlərin nəticələrinə əsasən, dinozavrlar əvvəllər düşünüləndən xeyli yavaş ola biləriblər.

Əvvəllər velosiraptor kimi dinozavrların 64 km/saat sürətə çata bilən yırtıcılar olduğu düşünülürdü. Bu fikir əsasən qədim izlərə əsaslanırdı ki, onların təhlili üçün 1976-cı ildən bəri alim R. Maknil Aleksandr tərəfindən hazırlanmış düstur tətbiq edilirdi. Bu düstur addım uzunluğunu, bud hündürlüyünü və müasir məməlilər üzərində aparılan araşdırmalardan çıxarılan miqyaslaşdırma əmsalını nəzərə alırdı.

Lakin Böyük Britaniyalı alimlərin yeni tədqiqatı "sürətli dinozavrlar" nəzəriyyəsini təkzib edir.

Paleontoloqlar dinozavrların davranışını təhlil etmək üçün uzun müddətdir qədim izlərə etibar etsələr də, Aleksandrın düsturu məməli məlumatları əsasında yaradılmışdı. Bu düsturun dinozavrların birbaşa nəsilləri olan quşlar üzərində doğrulanması isə demək olar ki, heç vaxt aparılmayıb.

Komanda bir çox teropod dinozavrlar kimi iki ayaq üstündə hərəkət edən və bədən quruluşu kiçik dinozavrlarınkına bənzəyən Afrika toyuğunu (Numida meleagris) model orqanizm kimi götürüb. Alimlər müxtəlif növ palçıqlarda gəzən və qaçan Afrika toyuqlarını yüksək sürətli kameralarla lentə alıblar. Sonra bu izləri rəqəmsallaşdıraraq eyni Aleksandr düsturunu tətbiq ediblər.

Nəticələr gözlənilməz olub: düstur Afrika toyuqlarının hərəkət sürətini sistematik şəkildə şişirdir. Məsələn, quş cəmi 1 km/saat sürətlə hərəkət edərkən, düstura görə onun sürəti 4.7 km/saat kimi hesablanır.

Əsas problem torpaq növündədir. İzlər yalnız palçıq kimi yumşaq səthlərdə formalaşır, Aleksandrın düsturu isə quru, sərt torpaq və ya hətta yarış yolunda yaradılmışdı. Palçıq izləri uzadır, addım uzunluğunu artırır və bununla da daha sürətli hərəkət illüziyası yaradır. Bu o deməkdir ki, palçıqda yavaş-yavaş gəzən dinozavr səhvən ovunu qovalayan yırtıcı kimi tanına bilər.

Lakin bu tədqiqat dinozavrların heç vaxt qaçmadığı mənasını vermir. O, sadəcə izlər əsasında edilən sürət qiymətləndirmələrinin qeyri-dəqiq və yanıldıcı ola biləcəyini göstərir.

Tədqiqatda qeyd olunur: "İzlər dinozavrların davranışı haqqında müəyyən təsəvvür versə də, onları dəqiq sürət hesablamaları üçün istifadə etmək hazırda etibarsızdır"./hit.az


Xəbərə aid fotolar

Saturnun halqaları niyə unikaldır və tezliklə yox olacaq?  Maraqlı kəşf like
  • 02 İyl 01:01  
Digərləri Saturnun halqaları niyə unikaldır və tezliklə yox olacaq? Maraqlı kəşf

Günəş sistemində ölçüsünə görə ikinci planet olan Saturn həm də gö

arrow Ətraflı
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər like
  • 02 İyl 00:39  
Digərləri Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pe

arrow Ətraflı
Şahin Şıxlinski sərbəst buraxıldı like
  • 02 İyl 00:26  
Digərləri Şahin Şıxlinski sərbəst buraxıldı

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri, əvv

arrow Ətraflı
Evdə köhnə telefon və notbuku olanlara şad xəbər like
  • 02 İyl 00:09  
Digərləri Evdə köhnə telefon və notbuku olanlara şad xəbər

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıbl

arrow Ətraflı
Günün qoroskopu: işdə qarışıqlıq yarana bilər like
  • 02 İyl 00:01  
Digərləri Günün qoroskopu: işdə qarışıqlıq yarana bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
“Mənə təxribatçı suallar verdilər”  Rusiyada hücum edilən qadın like
  • 01 İyl 23:54  
Digərləri “Mənə təxribatçı suallar verdilər” Rusiyada hücum edilən qadın

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində restoranda çal�

arrow Ətraflı
Elçin Şıxlı həbs olunan qohumu barədə  “Biabırçılıqdır” like
  • 01 İyl 23:46  
Digərləri Elçin Şıxlı həbs olunan qohumu barədə “Biabırçılıqdır”

"Şahin Şıxlinski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilər

arrow Ətraflı
İlahə eksəri haqqında: “Qızımla 14 ildir görüşmür, deyir ki, “dəstək oluram””  VİDEO like
  • 01 İyl 23:30  
Şou-biznes İlahə eksəri haqqında: “Qızımla 14 ildir görüşmür, deyir ki, “dəstək oluram”” VİDEO

Müğənni İlahə İbadova keçmiş həyat yoldaşı Mirsaleh Əliyevlə bağl�

arrow Ətraflı
BMTdən Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə like
  • 01 İyl 23:07  
Siyasət BMTdən Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə

"BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikd

arrow Ətraflı
"Yolunu azmışlar sosial şəbəkələrdədir" like
  • 01 İyl 23:00  
Şou-biznes "Yolunu azmışlar sosial şəbəkələrdədir"

"Qadın evin həm xanımı, həm də qulluqçusudur. Həm də həyat yolda�

arrow Ətraflı
Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın like
  • 01 İyl 22:50  
Digərləri Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın

Yayda hamımız sərinlik axtarır və kondisioner qayğısına düşürük. Mar

arrow Ətraflı
"Qızımın telefonunu, yazdıqlarını yoxlayırdım" like
  • 01 İyl 22:38  
Şou-biznes "Qızımın telefonunu, yazdıqlarını yoxlayırdım"

"Televiziyada şou çoxdur. Boynumuza alaq ki, şou hesabına başqa verili

arrow Ətraflı
Milli Məclisin Komissiyası Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı açıqlama yayıb like
  • 01 İyl 21:55  
Siyasət Milli Məclisin Komissiyası Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissi

arrow Ətraflı
Əhməd Hacıyev də saxlanıldı like
  • 01 İyl 21:45  
Digərləri Əhməd Hacıyev də saxlanıldı

"Lukoyl"​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəh

arrow Ətraflı