Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı


Digərləri 29 İyn 2025 22:05:00 66 0

Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gənciyev Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb.

Son.az xəbər verir ki, bu barədə "Report"a həmyerlimizin vəkili İlkin Əmirov deyib.

Onun sözlərinə görə, istintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil.

"Əhliman Gənciyevin qətllə heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü (27 iyun - red.) səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu iki saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gənciyev naməlum şəkildə yoxa çıxıb", - İ.Əmirov bildirib.

Qohumları və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı, işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü (28 iyun - red. ) gecə ona zəng gəlib ki, həmin gün həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək.

"Əhliman Gənciyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gənciyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır", - vəkil vurğulayıb.

O, həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir: bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var, digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır.

Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir like
  • 29 İyn 21:48  
Siyasət Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir

Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir.

arrow Ətraflı
Ən yaxşı yuxu pozası hansıdır? like
  • 29 İyn 21:18  
Digərləri Ən yaxşı yuxu pozası hansıdır?

Ən yaxşı yuxu pozası insanın sağlamlıq vəziyyətinə, yaşına və ehtiy

arrow Ətraflı
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur" like
  • 29 İyn 21:00  
Şou-biznes "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq? like
  • 29 İyn 20:28  
Digərləri Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?

Aşağı qan təzyiqi olan insanlar çox vaxt özlərini sağlam hesab edirlər.

arrow Ətraflı
Aparıcının qızı xəstəxanalıq oldu like
  • 29 İyn 20:13  
Şou-biznes Aparıcının qızı xəstəxanalıq oldu

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub. 

arrow Ətraflı
Tramp: "İran ərazisində gizli nüvə obyekti ola bilər" like
  • 29 İyn 20:05  
Digərləri Tramp: "İran ərazisində gizli nüvə obyekti ola bilər"

"İran ərazisində gizli nüvə obyekti ola bilər".

arrow Ətraflı
Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR like
  • 29 İyn 19:52  
Digərləri Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR

Son zamanlar dənizkənarı məkanlara üz tutanların sayında artım müşahid

arrow Ətraflı
Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi like
  • 29 İyn 19:31  
Şou-biznes Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göyd�

arrow Ətraflı
Kadırovun oğlu toyunda 27,7 milyon dollarlıq saat taxdı like
  • 29 İyn 19:19  
Dünya Kadırovun oğlu toyunda 27,7 milyon dollarlıq saat taxdı

İyunun 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kad�

arrow Ətraflı
Rusiyada işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar like
  • 29 İyn 19:07  
Digərləri Rusiyada işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Ka

arrow Ətraflı
Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian.. like
  • 29 İyn 19:00  
Digərləri Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..

Uşağa ad seçmək valideynlərin verdiyi ilk və ən uzunmüddətli qərarlard

arrow Ətraflı
Məşhur müğənninin oğlu parkdan ölü tapıldı  Foto like
  • 29 İyn 18:43  
Şou-biznes Məşhur müğənninin oğlu parkdan ölü tapıldı Foto

Adıyamanda məşhur türkü ifaçısı Kahtalı Hamidonun oğlu, 52 yaşlı Sin

arrow Ətraflı
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır? like
  • 29 İyn 18:28  
Digərləri Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi sə

arrow Ətraflı
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu tarixdə Vətənə gətiriləcək like
  • 29 İyn 18:17  
Digərləri Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu tarixdə Vətənə gətiriləcək

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əm�

arrow Ətraflı