Beynimiz haqqında yeni kəşf: Gördüyünə deyil, gözlədiyinə inanır
Digərləri 29 İyn 2025 14:31:00 73 0
İnsan beyninin sirrlərlə dolu olduğu çoxdan məlumdur, lakin son elmi araşdırmalar bu mürəkkəb orqanın işləmə mexanizminə dair daha bir maraqlı həqiqəti üzə çıxarıb. Məlum olub ki, beynimiz gördüklərini deyil, gözlədiklərini daha çox əsas götürür. Yəni insan beyni sadəcə müşahidə etmir, aktiv şəkildə gələcək hadisələri proqnozlaşdırmağa çalışır.
Bu xəbəri də oxu: Azərbaycanda müavinətlər artırılır Bu tarixdən
Son.az xəbər verir ki, əvvəllər beynimizin gözlərimizdən gələn məlumatları passiv şəkildə qəbul etdiyi düşünülürdü. Ancaq yeni araşdırmalar göstərir ki, beyin ətrafda nə baş verəcəyini əvvəlcədən təxmin etməyə çalışır. Məsələn, bir insanın əlini tencərəyə uzatdığını gördükdə, beyin bu hərəkətin davamını - yəni qapağın açılacağını və ya qarışdırma hərəkətini - öncədən "təxmin edir" və bu proqnozlarda çox vaxt haqlı çıxır. Bu proses beynin "hərəkət müşahidə şəbəkəsi" (AON) adlanan və başqalarının obyektlərlə qarşılıqlı əlaqəsini izləyərkən aktivləşən xüsusi bölgələri tərəfindən idarə olunur.
"Cell Reports" jurnalında dərc olunan son bir araşdırmada, tədqiqatçılar könüllülərə həm adi, həm də təsadüfi şəkildə qarışdırılmış gündəlik həyat səhnələrini göstərib və bu zaman onların beyin fəaliyyətlərini qeydə alıblar. Nəticələr olduqca maraqlıdır: beynimiz qarşıdakı addımı proqnozlaşdıra bildiyi hallarda vizual mərkəzlərdə daha az fəaliyyət müşahidə olunub. Bu isə beynin enerji baxımından daha səmərəli işlədiyini göstərir./Qaynarinfo
Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə se

Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i

Azərbaycanda taksi xidmətlərinin sayı hər keçən gün artır. Yeni taksi �

Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) məlumatına görə

Məktəblərdə tətil dövrü şagirdlər üçün istirahət və yenilənmə im

"Kardeşlerim" serialının aktyoru Eren Örenin yeni layihəsi bəlli

"Google Labs" tərəfindən hazırlanmış eksperimental tətbiq olan

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Rusiyanın Yekaterinburq şəhərində zor tətbiq edilməklə saxlanılan doqqu

Bakının müxtəlif bazarlarında və küçə ticarətində eyni məhsulun - x�

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə gö

Yeni sürücülərin təhlükəsizliyi üçün əsas bacarıq: İdarəolunan man
