Rusiya hüquqmühafizə orqanları azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yaydı


Digərləri 28 İyn 2025 19:00:00 81 0

Rusiya hüquqmühafizə orqanları azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yaydı

Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yayıb.

Son.az xəbər verir ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatında bildirilir ki, Rusiyanın Sverdlovsk vilayətində bir sıra qətllərdə və adam öldürməyə cəhddə şübhəli bilinən etnik cinayətkar qrupun fəaliyyəti dayandırılıb, bir neçə nəfər saxlanılıb.

Qeyd olunub ki, saxlanılan şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl; muzdlu qətl; muzdlu adam öldürməyə cəhd) ilə ittiham olunurlar.

İstintaqın məlumatına görə, etnik cinayətkar qrupun tərkibində olan şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.

Bildirilib ki, artıq bir neçə şübhəli şəxs əməlini etiraf edib, istintaqla əməkdaşlıq edir, həmin şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. /APA

Arvadına görə ölkəsini tərk etmişdi: "Həyatımın ən böyük səhvini etdim" like
  • 28 İyn 18:23  
Digərləri Arvadına görə ölkəsini tərk etmişdi: "Həyatımın ən böyük səhvini etdim"

ŞahzadəHarri və Meqan Markl beş il əvvəl dünyanı heyrətləndirən bir q

arrow Ətraflı
Şabranda ağır qəza  Ölən var like
  • 28 İyn 18:08  
Digərləri Şabranda ağır qəza Ölən var

Şabranda ölümlə nəticələnən qəza baş verib.

arrow Ətraflı
Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOsu like
  • 28 İyn 17:55  
Digərləri Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOsu

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

arrow Ətraflı
İran AEBA baş direktorunun ölkəyə gəlişinə icazə verməyəcək like
  • 28 İyn 17:51  
Digərləri İran AEBA baş direktorunun ölkəyə gəlişinə icazə verməyəcək

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini

arrow Ətraflı
"Həmin müğənnilər oğrularla əlbirdir" like
  • 28 İyn 17:42  
Şou-biznes "Həmin müğənnilər oğrularla əlbirdir"

Şair Nazilər Səfərli ona ən çox ünvanlanan suala cavab verib.

arrow Ətraflı
17 milyon avroya ən hündür İsa Məsih heykəlini tikmək istəyirlər  Sakinlər narazıdır like
  • 28 İyn 17:36  
Dünya 17 milyon avroya ən hündür İsa Məsih heykəlini tikmək istəyirlər Sakinlər narazıdır

İspaniyanın paytaxtı Madrid yaxınlığındakı kiçik Boadilja-del-Monte ş�

arrow Ətraflı
Bodrumun gizli keçmişi: Adı haradan gəlir, tarixi nələr danışır? like
  • 28 İyn 17:23  
Digərləri Bodrumun gizli keçmişi: Adı haradan gəlir, tarixi nələr danışır?

Türkiyənin məşhur turizm bölgələrindən olan Bodrum təkcə mavi dənizi

arrow Ətraflı
“Bihter mənim də ürəyimdədir” like
  • 28 İyn 17:11  
Şou-biznes “Bihter mənim də ürəyimdədir”

Aktrisa Beren Saat "Bihter" obrazından danışıb.

arrow Ətraflı
6 ay əvvəl orada yol çökübmüş  Cümşüd “lyuk”a düşməyib like
  • 28 İyn 17:05  
Digərləri 6 ay əvvəl orada yol çökübmüş Cümşüd “lyuk”a düşməyib

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya�

arrow Ətraflı
Bakı Piano Festivalı 202  Simon Raab Jazz Trio çıxış edib like
  • 28 İyn 16:43  
Kriminal Bakı Piano Festivalı 202 Simon Raab Jazz Trio çıxış edib

Bakı Piano Festivalı 2025 Avstriya musiqiçilərinin konserti ilə davam edib.

arrow Ətraflı
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır  Xəbərdarlıq edildi like
  • 28 İyn 16:34  
Digərləri Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır Xəbərdarlıq edildi

Son vaxtlarda teleqram hesablarının oğurlanması yenidən kütləvi hal alıb

arrow Ətraflı
Rusiyada saxlanılan azərbaycanlıların məhkəməsinin vaxtı BİLİNDİ like
  • 28 İyn 16:21  
Digərləri Rusiyada saxlanılan azərbaycanlıların məhkəməsinin vaxtı BİLİNDİ

Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətini

arrow Ətraflı
Meteoroloqlardan xəbərdarlıq: İki bölgədə intensiv qar gözlənilir like
  • 28 İyn 16:09  
Dünya Meteoroloqlardan xəbərdarlıq: İki bölgədə intensiv qar gözlənilir

Türkiyədə temperaturun kəskin artdığı bir vaxtda meteoroloqlardan gözlə

arrow Ətraflı
Öldürüldüyü deyilən Şamxani nüvə alimlərinin dəfn mərasiminə qatıldı like
  • 28 İyn 16:05  
Digərləri Öldürüldüyü deyilən Şamxani nüvə alimlərinin dəfn mərasiminə qatıldı

Son.az xəbər verir ki, İran mediası ölkənin Ali dini liderinin müşaviri

arrow Ətraflı