Zaqatalada 100dən çox ev su altında qala bilər
Digərləri 28 İyn 2025 14:44:00 56 0
Zaqatalada beton bəndin uçma təhlükəsi hər gün daha da artır. Ötən əsrin 80-ci illərində salınan beton bəndlər yaz daşqınlarında ciddi zədə görüb və şəhərin bir hissəsini təhlükə altına alıb.
Bu xəbəri də oxu: Rusiyada saxlanılan azərbaycanlıların məhkəməsinin vaxtı BİLİNDİ
Son.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mənbəyini Böyük Qafqazdan götürən Talaçay rayon ərazisindən axan ən təhlükəli çaylardan hesab edilir. Çünki yaz və payız aylarında yağan leysan yağışlarından sonra çayda suyun səviyyəsi bir neçə dəfə artır və nəticədə sel daşqınları əmələ gətirir.
Talaçayın keçdiyi 8-10 km-lik hissədə 25 minə nəfərə yaxın əhalisi olan Zaqatala şəhəri ilə yanaşı ən iri yaşayış məntəqələrindən olan Yuxarı və Aşağı Tala kəndləri yerləşir. Builki yağışlar şəhərin Nizami Gəncəvi küçəsindəki beton bəndlərə xeyli zədə vurub, uçub-dağılma təhlükəsi hər gün artmaqdadır.
Sakinlərin sözlərinə görə, Zaqatala şəhəri çayın sağ sahilində yerləşir və burada ötən əsrin 80-ci illərindən başlayaraq beton bəndlər inşa olunub. Çay yataqlarının vaxtında təmizlənməməsi selin gətirdiyi qum və çınqıl ehtiyatını artırması səviyyəsinin artması ilə nəticələnir. Digər tərəfdən yaz leysanlarında suyun səviyyəsinin artması nəticəsində sel axınının müxtəlif istiqamətlərdə beton bəndlərə yönəlməsi onların alt qatını yuyub aparıb. Nəticədə bəndlərin bünövrəsi ciddi zədələndiyindən dağılma ehtimalı da artmaqdadır.
Qeyd edilən Nizami Gəncəvi küçəsi boyunca sel-sular beton bəndlərə dorğu istiqamətləndiyindən torpaq-qum layı yuyulub, 80 metr məsəfədə bəndlərin uçma təhlükəsi yaranıb. Eyni zamanda beton bəndlərin alt qatı yuyulduğundan küçə istiqaməti boyunca bir neçə yerdə yarğanlar əmələ gəlib. Bununla yanaşı beton bəndlərin arxa tərəfi boyunca uzanan yüksək gərginlikli elektrik xətləri qəzalı vəziyyətə düşüb. Sakinlər onu da bildirir ki, yaxın zamanlarda ilkin tədbirlər görülməzsə, çayın axarı dəyişdirilməyib qalarsa ərazidə yaşayan 100 dən çox ev sel təhlükəsi ilə üzləşə, əhali sel-sular altında qala bilər.
Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları hadisə yerində olub, çayın yaratdığı fəsadlara baxış keçirilib. İdarədən bildirilib ki, ilk əvvəl planlı şəkildə çayda suyun səviyyəsi enən kimi axarın dəyişdirilməsi, yəni çayın orta məsafədən axmasını təmin etmək vacibdir. Növbəti mərhələdə isə ağır texnika vasitəsi ilə bəndlərin bünövrəsi, yuyulan ərazilər daş və çınqılla doldurulmalıdır. Əlbəttə bu da yetərli deyil, çünki növbəti mərhələdə həmin istiqamətdə yeni beton bəndlərin-mühafizə zolağının tikintisi ilə bağlı müvafiq qaydada məsələ qaldırılıb.
Qeyd edək ki, son günlər havaların isinməsi ilə Talaçayda suyun səviyyəsi bir qədər azalsa da, təhlükə hələ də qalmaqdadır.
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə

Qalmaqallı aparıcı Viktoriya Bonya narkotik təbliğatına görə 50 min rubl

28 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikası

Tovuzda 35 nəfərin zəhərləndiyi " 022 Dönər evi" adlı obyekt y

Bakı Piano Festivalı 2025 çərçivəsində Beynəlxalq Muğam Mərkəzində p

Türkiyənin məşhur turizm bölgəsi Bodrum bu dəfə astronomik restoran hesa

Əfsanəvi film və televiziya musiqisi bəstəkarı, "Missiya: Mümkünsü

Sabirabad rayon sakini Xəyal Mustafayev "Toyota" markalı avtomobill�

Ermənistanın baş naziri Nikol Paşinyan Andranik Simonyanı Milli Təhlükəs

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sob

Bir sıra xarici ölkələrə səfər zamanı viza tələb olunur. Vizalar təl�

"Amazon"un qurucusu, ABŞ milyarderi Jeff Bezos və jurnalist Lauren S

İyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb.
