1 aydır ki, Binəqədi yolu "bağlıdır" Kilometrlərlə tıxac yaranır: sakinlər yolda qalıb VİDEO


Digərləri 25 İyn 2025 09:55:00 61 0

1 aydır ki, Binəqədi yolu "bağlıdır"  Kilometrlərlə tıxac yaranır: sakinlər yolda qalıb  VİDEO

"Saat 4 olub, işçilər hamısı gedib, ərazidə iş getmir, camaat əziyyət çəkir tıxaca görə, 1 aydır yol bu vəziyyətdədir"

Bu xəbəri də oxu: İran hava məkanını açdı

Son.az bildirir ki, bunu sosial şəbəkə istifadəçisi Binəqədi şosesindəki vəziyyətlə bağlı yazıb. 1 aydır ki, ərazidə aparılan təmir işlərinin uzanmasına narazılığını bildirən sakin yoldan istifadə edən şəxslərin çətin vəziyyətə düşdüklərini bildirib. Onun dediyinə görə yolda aparılan işlərlə əlaqədar 1 aydır ki, nəqliyyat iflic vəziyyətə düşür.

Adi vaxtlarda da Bakının ən tıxaclı yollarından olan Binəqədi şosesində 1 aydır ki kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar təmir işləri aparılır. Bu barədə Son.az məlumat əldə edib.

Saytımıza verilən məlumata görə ərazidəki işlər Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə əsasən həyata keçirilir. Binəqədi şosesində inşa edilmiş yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.

Yol təmirində dünya təcrübəsi

Əsas yollarda aparılan təmir işlərinin nəqliyyata yaratdığı çətinliklər, dünyanın bir çox ölkəsində bu prosesin sürətlə və effektiv şəkildə həyata keçirilməsi üçün xüsusi üsulların tətbiqini zəruri edib.

Müasir texnologiyalar və düzgün planlama sayəsində bəzi ölkələrdə yol təmirinə sərf olunan vaxt minimuma endirilir. Məsələn, Almaniya, Yaponiya və ABŞ-da bu sahədə gecə işlərinə və 24 saatlıq növbəli iş rejiminə üstünlük verilir. Yol təmiri gündüz tıxac yaratmamaq üçün gecə saatlarında görülür və tikinti heyəti növbə ilə fasiləsiz işləyir.

Bundan başqa, prefabrik - yəni əvvəlcədən zavod şəraitində hazırlanmış asfalt və ya beton plitələrin istifadə olunması da geniş yayılıb. Bu üsulla yerində tökmə və quruma müddətinə ehtiyac qalmır, plitələr birbaşa yola yerləşdirilir və qısa zamanda istismara verilir. Paralel olaraq sürətlə bərkiyən (fast-setting) asfalt və beton qarışıqları da geniş tətbiq olunur. Belə materiallar bir neçə saata sərtləşərək yolun yenidən açılmasına imkan verir.

Texniki baxımdan isə avtomatlaşdırılmış və çoxfunksiyalı yol təmiri maşınları da mühüm rol oynayır. Bu texnika eyni anda qazıntı, material səpilməsi və sıxlaşdırma funksiyalarını yerinə yetirərək işin mərhələlərini birləşdirir və sürətləndirir.

Yol təmirinə başlamazdan əvvəl simulyasiya proqramları ilə layihələndirmə və təhlil aparmaq da vacib sayılır. Beləliklə, texniki qüsurlar minimuma endirilir və təmirin ardıcıllığı əvvəlcədən dəqiq müəyyənləşdirilir.

Sürətli təmirin təmin edilməsi üçün başqa bir önəmli amil isə nəqliyyatın idarə olunmasıdır. Alternativ yollar əvvəlcədən hazırlanır, ağıllı yol nişanları və real vaxtda trafik yönləndirməsi tətbiq olunur. Bununla sürücülərin tıxacla qarşılaşması və vaxt itirməsi minimuma endirilir.

Bəzi ölkələrdə yol təmiri işləri dövlət və özəl sektor arasında tərəfdaşlıqla həyata keçirilir. Müqavilələrə əsasən, təmir işlərini daha tez bitirən şirkətlərə əlavə bonuslar təqdim olunur ki, bu da sürəti və keyfiyyəti artırır.

İslam Son.az

İyulun 1dən bu şəxslərin müavinət və təqaüdləri artacaq  MƏBLƏĞLƏR like
  • 25 İyn 09:50  
Digərləri İyulun 1dən bu şəxslərin müavinət və təqaüdləri artacaq MƏBLƏĞLƏR

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyul

arrow Ətraflı
Xalq artistinin canlı yayımda halı PİLƏŞDİ like
  • 25 İyn 09:45  
Şou-biznes Xalq artistinin canlı yayımda halı PİLƏŞDİ

Xalq artisti Mələkxanım Eyubovanın canlı yayımda halı dəyişib.

arrow Ətraflı
Füzulidə zəncirvari qəzada ölənlərin kimliyi bəlli oldu like
  • 25 İyn 09:38  
Digərləri Füzulidə zəncirvari qəzada ölənlərin kimliyi bəlli oldu

Füzulidə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.

arrow Ətraflı
Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib  FOTO like
  • 25 İyn 09:25  
Digərləri Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib FOTO

İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında  vət�

arrow Ətraflı
Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır? like
  • 25 İyn 08:08  
Digərləri Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır?

Cəmi 100 manat ver, 9 santimentrə qədər boyunu uzadaq... Aparatla ağrısız

arrow Ətraflı
İnsan əbədi yaşaya bilərmi?  Mümkün ola bilər, amma əsas şərt var like
  • 25 İyn 06:06  
Digərləri İnsan əbədi yaşaya bilərmi? Mümkün ola bilər, amma əsas şərt var

Gələcəkdə insanların minlərlə il yaşaması mümkündür. Lakin hazırda

arrow Ətraflı
Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz like
  • 25 İyn 05:05  
Digərləri Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz

akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və

arrow Ətraflı
Sevilən cütlük boşanır?  Qala gecəsinə gəlmədi... like
  • 25 İyn 04:04  
Şou-biznes Sevilən cütlük boşanır? Qala gecəsinə gəlmədi...

Türkiyənin məşhur cütlüyü Gupse Özay və Barış Arduç haqqında ayrıl

arrow Ətraflı
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi like
  • 25 İyn 03:03  
Digərləri Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkiyə Dərman və

arrow Ətraflı
Ən uzun batareya ömrünə malik telefon markaları  SİYAHI like
  • 25 İyn 02:02  
Digərləri Ən uzun batareya ömrünə malik telefon markaları SİYAHI

Smartfon alarkən istifadəçilər üçün ən vacib meyarlardan biri olan batar

arrow Ətraflı
Albalıqırmızı rəngli dodaq boyası kimlərə yaraşır? like
  • 25 İyn 01:01  
Digərləri Albalıqırmızı rəngli dodaq boyası kimlərə yaraşır?

Albalı-qırmızı dodaq boyası  dodaqlarda zərif və cazibədar bir vurğudu

arrow Ətraflı
“Çəkiliş üçün 20 min manat istəyirəm” like
  • 25 İyn 00:35  
Şou-biznes “Çəkiliş üçün 20 min manat istəyirəm”

Aktrisa Pərvin Abıyeva tələb etdiyi qonorarı açıqlayıb.

arrow Ətraflı
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı  Neçə nəfər ölüb? like
  • 25 İyn 00:17  
Dünya 12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və

arrow Ətraflı
Qaani sağ imiş like
  • 24 İyn 23:49  
Dünya Qaani sağ imiş

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin kom

arrow Ətraflı