Pentaqon: İranın nüvə proqramı məhv edildi
Dünya 22 İyn 2025 19:44:00 50 0
ABŞ Müdafiə naziri Pit Heqset İranın nüvə obyektlərinə edilən hücumla bağlı açıqlamasında bildirib:
"Ali Baş Komandan Donald Trampdan hücum əmri aldıq, İranın nüvə proqramı artıq mövcud deyil."
Son.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn isə əməliyyatın detalları ilə bağlı deyib:
"İrana qarşı hücumda 7 ədəd B-2 və 4-cü və 5-ci nəsil döyüş təyyarələri istifadə olundu. Təyyarələr 18 saatlıq uçuş zamanı hədəf bölgəsinə çatdı. İranın hava hücumundan müdafiə sistemləri bizi aşkarlaya bilmədi."
ABŞ rəsmi olaraq müharibəyə daxil oldu İsrail-İran müharibəsinin 10-cu günündə ABŞ ilk dəfə rəsmi və hərbi olaraq birbaşa müharibəyə qatıldı. ABŞ ordusu gecə yarısı Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombaladı.
ABŞ Prezidenti Donald Tramp hücumdan sonra bəyanatla çıxış etdi:
"Fordo artıq mövcud deyil. Bu hücum ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran indi bu müharibəyə son qoymağa razı olmalıdır."
"İranın nüvə proqramı artıq yoxdur" - Pentaqon Pentaqonun bu gün verdiyi geniş bəyanatda, Müdafiə naziri Hegset bildirib:
"Əməliyyatın əsas məqsədi İranın nüvə proqramını tamamilə məhv etmək və ya ciddi zərər vermək idi. Biz bu məqsədə çatdıq. Lakin əməliyyat nə İran əsgərlərini, nə də mülki əhalini hədəf almayıb."
O əlavə edib:
"İranın nüvə ambisiyaları bitdi. Prezident Tramp danışanda bütün dünya onu dinləməlidir. O, sülh istəyir. İran da bu yolu seçməlidir." "Bu əməliyyatı ABŞ-dan başqa heç bir ölkə həyata keçirə bilməzdi."
"ABŞ-ın çəkindirici gücü geri döndü" Nazir Hegset Trampın əməliyyatı "cəld və ağıllı şəkildə" planlaşdırdığını qeyd edərək deyib:
"Bu əməliyyat göstərdi ki, ABŞ-ın çəkindirici gücü geri döndü. Heç bir ölkə bu səviyyədə bir əməliyyatı həyata keçirə bilməzdi. Tramp prezidentliyə başladığı gündən bəri deyirdi: İran nüvə silahına sahib ola bilməz!'"
"İlk dəfə bunker deşici bomba istifadə olundu" O, əlavə edib:
"Trampın liderliyi sayəsində İranın nüvə ambisiyalarına son qoyuldu. Əvvəlki prezidentlər bunu xəyal edirdi, amma heç biri bacarmadı. Aylarla planlaşdırılan və gizli aparılan bu əməliyyat dünyadan tamamilə gizli həyata keçirildi. Bu əməliyyatda ilk dəfə MOP adlı sığınacaq deşici bomba istifadə olunub. Əməliyyatın adı: 'Gecəyarısı çəkici' olub."
Əməliyyatın detalları: 125 təyyarə, 75 sursat, 2 hədəf Baş Qərargah rəisi Dan Keyn daha sonra çıxış edərək deyib:
"Cümə gecəsi B-2 təyyarələri diqqəti yayındırmaq üçün Sakit okeana yönəldi. 18 saatlıq uçuşla və minimum rabitə ilə hədəf bölgəsinə çatıldı. Dünən axşam Prezident Trampın dediyi kimi, 14 bomba ilə 2 əsas hədəf vurulub. İranın bütün nüvə infrastrukturu, İran saatı ilə 02:10-da İsfahan bölgəsində şok effekti ilə məhv edildi."
"Əməliyyatda cəmi 75 sursat, o cümlədən bunker deşici bombalar, 125 Amerika təyyarəsi, dənizaltılar, müasir hərbi gəmilər, yüzlərlə hərbçi iştirak edib. Bu, ABŞ tarixində ən böyük B-2 bombardman missiyası və ilk MOP bombası əməliyyatı olub. 11 Sentyabr hücumlarından sonra ən uzun və ən irimiqyaslı hərbi əməliyyat hesab olunur." Lalə Qüdrətova Son.az
ABŞ-nin İranda yerləşən üç nüvə obyektinə hücum etməsindən sonra �

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xro

"İran ABŞ-la danışıqlarda iştirak etməsə, Vaşinqtonu gələcək ü

Amerikalı həkimlər müəyyən vitaminlərin istifadəsi ilə ağciyər xərç

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Numizmatika dünyası üçün həqiqi bir sensasiya baş verib: onilliklərdir u

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra �

Ukraynada genişmiqyaslı müharibə artıq dördüncü ildir davam edir. İndiy

"Hörmüz boğazı bir neçə saat ərzində bağlana bilər".

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra regionda oyu

Şotlandiyanın Qlazqo şəhərində yaşayan 36 yaşlı Liza Conston tez-tez 18

ABŞ-nin ötən gecə İranın bəzi nüvə obyektlərinə hücumu İsrailin İr

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin İr

Avropada yenilənmiş və ikinci əl ağıllı telefonlara tələbat sürətlə

Milli Hidrometeorologiya Xidməti iyunun 22-24-də Bakıda və Abşeron yarımad
