Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun uğur hekayəsi VİDEO
Digərləri 21 İyn 2025 11:40:00 68 0
Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun anası ilə müsahibəni təqdim edirik:
Bu xəbəri də oxu: Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir
- Sərxan Cəfərov kimdir?
- Sərxan Cəfərov 1997-ci ildə, Masallı şəhərində anadan olub. 2015-ci ildə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin vokal ifaçılığı ixtisasını bitirib. İncəsənət məktəbində oxuduğu müddətdə, ilk dəfə 2013-cü ildə, 15 yaşında və daha sonra 16 və 17 yaşlarında bir neçə televiziya yarışmasına və proqramına qatılıb. 2014-cü ildə ilk dəfə "Böyük Səhnə" televiziya yarışması vasitəsilə Avroviziya milli seçimlərində iştirak edib. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada İfaçılığı" ixtisasına qəbul olub.
Universitetdə oxuduğu müddət ərzində müəlliməsi, əməkdar artist və prezident mükafatçısı İnarə Babayevanın rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyasının "Odlar Ölkəsi" layihəsi nəzdində, AzTV və Mədəniyyət TV-na məxsus Televiziya layihələrində və konsertlərdə solist kimi çıxış edib.Eyni zamanda yerli və xarici ifaçıların mahnılarını "cover" edərək, yeni nəfəs verən Sərxana, "cover" etdikləri mahnılara görə yerli və xarici ifaçılardan müsbət rəylər gəlib. 2019-cu ildə son "cover"dən sonra Sərxan rəsmi olaraq İctimai Televiziya tərəfindən Avroviziya milli seçimlərinə dəvət alan 15 namizəd arasında olub. 2019-cu ildə Bakıdan Polşaya köçən Sərxan, magistratura təhsilini Lodz Dövlət Universitetinin Politikal Əlaqələr ixtisasına qəbul olmuş və "Musiqinin Politikada Rolu" mövzusunda diplom işi ilə universiteti bitirmişdir.
Hal-hazırda Polşada yaşayan Sərxan, 2020-ci ildə ilk sinqlı olan "Tell Me", 2023-cü ildə "Until The Edge", 2025-ci ildə "Till the Dawn" və "Sweet Dreams" mahnılarını ərsəyə gətirib. Hal-hazırda yeni mahnı və "cover"lər üzərində çalışır.
- Onun musiqiyə olan həvəsini, istedadını necə kəşf etdiniz?
- Sərxanın uşaqlıqdan musiqiyə, incəsənətə çox həvəsi olub. Demək olar ki, körpəlikdən - 1-2 yaşından etibarən, ritmlər tutmağa başlayıb. Hətta rəsm çəkməyə də marağı olub. Bütün musiqi alətləri var idi. Mən özüm tibb sahəsində çalışıram. İstəyirdim ki, oğlum da tibb sahəsində oxusun. Mənimlə klinikaya gələndə, baş həkim olmaq istədiyini bildirirdi. Amma özü də hiss etdi ki, həvəsi musiqi sahəsinədir. "Mən müğənni olacağam", - deyəndə, məni də gülmək tutmuşdu. Mən Sərxanın səsini yoxlatdım.
Vokal müəlliməsi bildirdi ki, yaxşı səsi var. Daha sonra Sərxan vokal dərslərinə başladı. Azərbaycanda hələ uşaq yaşlarından etibarən yarışmalarda iştirak edib. O vaxtlar Azərbaycanda rəqs qrupu ilə oxumaq, oynamaq, performans göstərmək yox idi. Sərxanın juriləri onu çox dəstəkləyirdi. Onun gələcəkdə irəli gedəcəyini vurğulayırdılar. Juriləri Faiq Ağayev, Lalə Məmmədova, Natavan Həbibi, Kamran Həsənli Sərxanı çox bəyənirdilər.
Ölkəmizdə müğənnilər daha çox toylarla məşhurlaşdığı üçün Sərxan bu mövzuda bir az sındı, vətəndən uzaqlaşdı. Həm təhsil almaq, həm də irəli getmək məqsədilə xarici seçdi. Təhsilini artıq bitirib. Orada qalıb inkişaf etmək istəyir. Orada oxuya-oxuya Həm də İT üzrə çalışmağa başladı. Musiqi üzrə hələ ki, bir qazancı yoxdur. Hazırda, yeni klipində ifa etdiyi mahnının sözləri, bəstəsi də özünə aiddir. Klipi isə Portuqaliyanın Madeyra adasında, okeanın ortasında çəkilib. Bu klipi 3 ölkədə əziyyət çəkə-çəkə ərsəyə gətirib. Öz ölkəsində sözlərini yazıb, başqa ölkədə səs yazma və aranjemanı edib.
- Bu istedad genetikdirmi? Nəslinizdə musiqiçi olubmu?
Xəbərə aid video
Sumqayıtda piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan s�

21 İyun - Ümumdünya Musiqi Günü münasibətilə DOST İnklüziv İnkişaf v

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhad�

"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərin

ABŞ iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyub - bu, paradoksal dayan�

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Çin, Be

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraci�

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Turab Tahir

Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri is

Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq.

İyunun son günləri ilə birlikdə bəzi bürclər üçün həyat tamamilə d�

İsrail İsfahandakı Nüvə Texnologiyaları Mərkəzini hədəf alıb.

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.

Adətən, banklar müqavilə bağlayanda qeyd edirlər ki, xidmət qeyri-iş gü
