Saqqal saxlayan kişilər bunları bilməlidirlər
Digərləri 20 İyn 2025 20:42:00 82 0
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər.
Bu xəbəri də oxu: Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
Son.az xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubət və istilik mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır.
Bəzi hallarda saqqalda olan bakteriya miqdarı hətta hamam otağının səthlərindəki ilə müqayisədə daha yüksək ola bilər. Bu isə gigiyenik baxımdan ciddi risk yaradır.
Dermatoloq Abbas Bağırov bildirir ki, saqqal uzandıqca onun səthində mikrobların yığılması üçün daha geniş sahə yaranır:
"Uzun və sıx tüklər arasında yaranan isti və nəm mühit patogenlərin inkişafı üçün ideal şərait yaradır. Bu, yalnız daşıyıcının öz sağlamlığı üçün deyil, ətrafındakılar üçün də yoluxma riski yaradır. Saqqala düzgün qulluq edilmədikdə dəri infeksiyaları, ekzema, göbələk xəstəlikləri və hətta parazitlərin (qasıq biti kimi) yaranması mümkündür."
Mütəxəssislər kişilərə saqqallarına daha ciddi gigiyenik qaydalarla qulluq etməyi tövsiyə edir:
Saqqalın mütəmadi yuyulması və daranması
Antibakterial sabun və təmizləyicilərdən istifadə
İctimai yerlərdə və çöldə saqqala tez-tez toxunmamaq
Saqqal baxımı üçün şəxsi gigiyena vasitələrinin (tərəzi, qayçı və s.) bölüşdürülməməsi
Qeyd edək ki, saqqal saxlamaq şəxsi seçim olmaqla yanaşı, gigiyenaya xüsusi diqqət tələb edən bir vərdişdir. Doğru qulluq edilmədikdə, bu estetik detal sağlamlıq üçün risk faktoru ola bilər.
Asya Son.az
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol P

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin k

İsrail İranı tam iflic vəziyyətinə salıb, amma Tehran "sionistlərin

İsveçrə İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldı

Xəbər verdiyimiz kimi, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəki

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil o

Azərbaycanlı tanınmış aparıcı Lətafət Ələkbərova müğənniliyə ba�

İyunun 13-dən bu günə qədər İsrailin İrana endirdiyi zərbələr nətic�

ABŞ-nin Kentukki ştatında yaşayan 27 yaşlı Sierra Arena uzun illərdən s

İsrail ordusu Hizbullahın atəş qüvvələrinin komandirini öldürdüyünü

Telegram messencerinin iOS üçün 11.13 beta versiyasında (quruluş 30945) uzu

Kolumbiyalı "bodibildinq üzrə çempion" Zunilda Hoyos Mendez İspa

İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal ed
