Bu şəxslərə ŞAD XƏBƏR Dövlət 59 yaşından pensiya ödəyəcək
Digərləri 19 İyn 2025 09:57:00 53 0
Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna edilən dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan vətəndaşların pensiyaları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Belə ki, çoxuşaqlı ailələrdə analar 59, bəzi hallarda isə atalar 60 yaşında pensiyaya çıxa biləcəklər. Həmin şəxslərin pensiya təminatı onların pensiyaya erkən çıxmaları ilə əlaqədar 5 il müddətində birbaşa dövlət büdcəsi tərəfindən qarşılanacaq.
Bu xəbəri də oxu: 60 bal toplayan daha iki müəllim onlar bu məktəblərdə İŞLƏYİRLƏR
Son.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, yeni mexanizm 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və həmin tarixdən etibarən aidiyyəti şəxslərə dövlət büdcəsi hesabına pensiya ödənişləri həyata keçiriləcək.
Dəyişikliklərə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsinə aşağıdakılar da daxildir:
Liliput və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin 20 ilə qədər erkən pensiya ödənişləri,
Orqanizmin funksiyalarının 81-100 faiz pozulması və ya 18 yaşınadək əlilliyi olan şəxslərə qulluqla əlaqədar formalaşan pensiyalar da dövlət büdcəsi tərəfindən ödəniləcək.
Təsdiq olunan digər mühüm dəyişiklik mülki aviasiya sahəsində çalışan şəxslərlə bağlıdır. Belə ki, uçuş və uçuş-sınaq heyətinin pensiya hüququ bundan sonra qanunvericiliyin vahid sisteminə uyğun şəkildə tənzimlənəcək. Bu məqsədlə qanunun 22.3-cü maddəsi çıxarılaraq, onun əvəzinə 5.3-cü maddə tətbiq olunacaq.
Müğənni Almaz Saraylının oğlunu toyu mərasimi baş tutub.

Bakının Xəzər rayon prokurorunun köməkçisi Mahmudağa Mahmud-zadə vəfat

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi, polkovnik, şair publi

Urologiya Mütəxəssisi Dos. Prof. Dr. Yavuz Onur Danacıoğlu yeni doğulan o�

Musavat.com-un növbəti həmsöhbəti Azərbaycan poeziyasının mirvarisi, qad

Xalq artisti Aygün Kazımovanın özü kimi müğənni qızı İlqarə Kazımov

Hər şey gecə baş verdi - bu da illərlə kilsə, kapital, hakimiyyət və ye

Telefon yaddaşı dolduqda çoxları ilk olaraq şəkil və videoları silməyi

Yaxın Şərq dünyanın enerji siyasətində mühüm rol oynayan bir bölgədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Zaqatala rayon "14 nö

İsrail Hərbi Hava Qüvvələri İrana "üçüncü zərbə" dalğası
