Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? Ekspert AÇIQLADI
Digərləri 15 İyn 2025 15:00:00 67 0
"Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlər insan sağlamlığına ziyan vurur".
Bu xəbəri də oxu: Babası ilə birgə qəzada ölən Qalibin
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sağlamlığa zərər ən çox da allergik xəstəlikləri olan insanlarda özünü biruzə verir:
"Süni şəkildə istixana şəraitində yetişdirilən meyvə və tərəvəzlərin tərkibində azot və nitrat gübrəsi həddindən artıq çox olur. Həmçinin, onların yetişdirilməsi zamanı müxtəlif süni üsullardan da istifadə edilir. Bu da öz növbəsində insanların sağlamlığına mənfi təsir göstərir".
Ekspert son günlərdə qarpız və yemişin vaxtından əvvəl satışa çıxarılmasından da danışıb. O, vaxtından əvvəl satışa çıxarılan yemişlərin dadının və tamının fərqli olduğunu söyləyib:
Ətraflı
"İndidən satışda olan hər hansısa bir yemişdən ona xas olan ətri gəlmir. Hərçənd ki, onun qoxusu aydın dərəcədə hiss olunmalıdır. Hazırda satışda olan yemişlərdən sanki plastik qoxu gəlir.
Daha dəqiq desək, yemişlərdən elə bil hansısa bir maddənin qoxusunun gəldiyi təəssüratı yaranır. Üstəlik, vaxtından əvvəl satışa çıxarılan yemişlərin dadı da olmur. Onlardan yemişdən daha çox xiyar tamı gəlir. Ən azından məndə belə qənaət yaradır".
Mütəxəssis qarpızla bağlı da eyni vəziyyətin hökm sürdüyündən bəhs edib:
"Əfsuslar olsun ki, mövsümü olmadan çox erkəndən qarpızlar satışa çıxarılır. Ancaq kimyəvi maddələr hesabına yetişdirilən yemiş və ya qarpız insan sağlamlığına ziyandan başqa bir şey deyil".
İlkin Şirinov təbii yolla yetişdirilən qarpızı necə tanıya biləcəyimizdən də söz açıb:
"Təbii yolla yetişdirilmiş qarpızın rəngi tünd yaşıl olmalıdır. Onun torpaq oturan hissəsi isə azacıq sarımtıl olur. Eyni zamanda, bu qarpızın üzərində hər hansısa çat falan olmur. Təbii yetişdirilən qarpızın suyu da bol olmamalıdır. Lakin süni şəkildə yetişdirilmiş qarpızı kəsəndə onun tərkibindəki suyun axdığı hiss olunur. Bütün bunlara fikir vermək lazımdır".
Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyay

Qlobal mədən sənayesini təəccübləndirən yeni kəşf baş verib.

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif s

İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliy�

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bə

İtaliyanın Verona şəhərində yerləşən sənət qalereyasında xoşagəlm�

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Gün�

Əgər Ukraynanın sakit və mənzərəli guşələrini kəşf etmək istəyirsi

Türkiyənin Aksaray şəhərində baş verən hava şarı qəzası faciə ilə

İstanbulun Beylikdüzü rayonunda gəzintidə olan bir qadın təqib edildiyini

İran nüvə silahından imtinaya zəmanət verən sazişə imza atmağa hazırd

Güclü külək Zaqatala və Balakəndə elektrik enerjisinin verilməsində fas

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Res
