Tibb müəssisəsindən kənar abort edənlər həbs oluna bilər


Digərləri 13 İyn 2025 17:30:00 107 0

Tibb müəssisəsindən kənar abort edənlər həbs oluna bilər

Qanunsuz abort etməyə görə cəzalar sərtləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 1000 manatdan 1 500 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.

Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Netanyahu: "İstəyimizə çatdıq" like
  • 13 İyn 17:24  
Dünya Netanyahu: "İstəyimizə çatdıq"

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başladılan hərbi əm�

arrow Ətraflı
Baqerinin qızı da həlak olub like
  • 13 İyn 17:08  
Dünya Baqerinin qızı da həlak olub

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qız�

arrow Ətraflı
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər... like
  • 13 İyn 17:00  
Digərləri Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...

Bu gün bir sıra sosial şəbəkələr və televerilişlər açıq-aydın boşa

arrow Ətraflı
Faciəvi şəkildə ölən Bələdiyyə sədrinin xanımının çıxışı hər kəsi KÖVRƏLTDİ like
  • 13 İyn 16:55  
Digərləri Faciəvi şəkildə ölən Bələdiyyə sədrinin xanımının çıxışı hər kəsi KÖVRƏLTDİ

Bir neçə gün öncə faciəvi şəkildə ölən  ilə vida mərasimi keçiril

arrow Ətraflı
Almaniyadan İsrailə dəstək MESAJI like
  • 13 İyn 16:50  
Dünya Almaniyadan İsrailə dəstək MESAJI

Almaniya kansleri Fridrix Merts ölkədəki yəhudi və İsrail müəssisələri

arrow Ətraflı
Xalq artisti heç nə demədən verilişdən "yoxa çıxdı" like
  • 13 İyn 16:40  
Şou-biznes Xalq artisti heç nə demədən verilişdən "yoxa çıxdı"

Xalq artisti Tariyel Qasımov qonaq olduğu "Elgizlə izlə" verilişi

arrow Ətraflı
Netanyahunun təyyarəsi Yunanıstana göndərildi like
  • 13 İyn 16:38  
Dünya Netanyahunun təyyarəsi Yunanıstana göndərildi

İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi iki qırıcının müşa

arrow Ətraflı
Dilan Polad dəlixanaya yerləşdirildi like
  • 13 İyn 16:35  
Şou-biznes Dilan Polad dəlixanaya yerləşdirildi

Çirkli pulların yuyulmasında təqsirli bilinən türkiyəli sosial media feno

arrow Ətraflı
Sabahın tibbimeteoroloji PROQNOZU like
  • 13 İyn 16:31  
Digərləri Sabahın tibbimeteoroloji PROQNOZU

İyunun 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Ərdoğandan İsrailin İrana hücumuna reaksiya like
  • 13 İyn 16:20  
Digərləri Ərdoğandan İsrailin İrana hücumuna reaksiya

Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.

arrow Ətraflı
"WhatsApp"dan YENİLİK like
  • 13 İyn 16:12  
Digərləri "WhatsApp"dan YENİLİK

"WhatsApp" süni intellektə əsaslanan yeni funksiyanı sınaqdan ke�

arrow Ətraflı
6cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib like
  • 13 İyn 16:10  
Digərləri 6cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib

Sərgidə 300-ə yaxın yerli şirkətin məhsulları, yeni brendlər, istehsal

arrow Ətraflı
Qara qutu tapıldı: 265 nəfərin ölümünə səbəb olan qəzanın sirri açılır like
  • 13 İyn 16:10  
Dünya Qara qutu tapıldı: 265 nəfərin ölümünə səbəb olan qəzanın sirri açılır

Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığında baş

arrow Ətraflı
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib like
  • 13 İyn 16:07  
Digərləri Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi mü

arrow Ətraflı