Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
Digərləri 13 İyn 2025 03:03:00 94 0
Gizli şəkildə inkişaf edən, lakin gec aşkarlandıqda ciddi fəsadlara yol açan şəkərli diabet (xalq arasında "şəkər xəstəliyi" kimi tanınır) bu gün getdikcə daha çox insanın gündəminə çevrilir.
Bu xəbəri də oxu: Sosial islahat paketi 3 milyon insanı əhatə edir Nazirlik
Son.az xəbər verir ki, bəzən sadə görünən əlamətlər əslində diabetin ilk siqnalları ola bilər.
Əgər son vaxtlar tez-tez susuzluq hiss edir və bununla yanaşı sidiyə çıxma tezliyiniz artıbsa, bu, artıq bədəndə şəkər balansının pozulduğunun göstəricisi ola bilər. Həkimlərin fikrincə, bu vəziyyət orqanizmin qandakı artıq şəkəri sidik vasitəsilə atmağa çalışmasından qaynaqlanır.
Heç bir pəhriz saxlamadan və fiziki aktivlik artırılmadan qəfil arıqlama da təhlükəli göstəricilərdən biridir. Çünki bədən enerji əldə edə bilmədiyi üçün öz əzələ və yağ ehtiyatlarını parçalamağa başlayır.
Bunlarla yanaşı, səbəbsiz yorğunluq, halsızlıq, gün ərzində tez-tez özünüzü tükənmiş hiss etməyiniz də diqqətdən yayınmamalıdır. Bu, hüceyrələrin şəkərdən istifadə edə bilməməsi ilə bağlı enerji çatışmazlığının nəticəsidir. Diabetin başqa bir səssiz əlaməti isə görmədə bulanıqlıqdır. Qanda şəkərin yüksək olması göz linzalarında dəyişikliklərə səbəb olur ki, bu da görmənin zəifləməsinə gətirib çıxarır. Cüzi kəsik və ya yaraların belə uzun müddət sağalmaması, infeksiyalara qarşı müqavimətin zəifləməsi də diabet riskini göstərən önəmli əlamətlər sırasındadır.
Həkimlər tövsiyə edir ki, bu əlamətlərin bir neçəsi müşahidə olunursa, mütləq şəkildə qan şəkəri analizi verilməlidir. Çünki şəkər xəstəliyi nə qədər erkən aşkarlanarsa, onun idarə olunması bir o qədər asan olar.
Asya Son.az
İtaliyalı alimlər Giza piramidalarının altında sirli yeraltı strukturlar

Azərbaycanda da geniş istifadə olunan və reseptsiz satılan ağrıkəsici pa

Aparıcı Zümrüd Bədəlova keçmiş həyat yoldaşı ilə bağlı açıqlama

London istiqamətində uçan Air India təyyarəsi Ahmedabad şəhərində havay

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

"Səs Azərbaycan"ın finalçısı Fuad Mehdiyevin sosial şəbəkəl�

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Tehranı ittiham edən qətn

Aşıq Namiq Fərhadoğlu canlı efirdə ailə qurmaq üçün 52 yaşlı xanıml

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müğənni Ofeliya Şabanova ailə həyatına dair açıqlaması ilə gündəmə

Bəzi istifadəçilər hələ də paltaryuyan maşının yuyulma dövrü bitdikd

Sənət aləmində elə məşhurlar ki, övladları əsasən xarici ölkələrd�

İyun ayında Azərbaycanın bəzi bölgələrinə - Quba, Kəlbəcər və Şahd

Xalq artisti Naibə Allahverdiyeva ona şiddət göstərən həyat Yusif İsmay�
