Kuklaçılar “DEMMENİFEST”də
Kriminal 09 İyn 2025 16:10:00 57 0
Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II Beynəlxalq "DEMMENİFEST - 2025" Kukla Teatrları Festivalında iştirak edəcək.
Bu xəbəri də oxu: “Opera Günləri” layihəsində “Şah İsmayıl” operası təqdim olunub FOTO
Bu barədə Son.az-a teatrın mətbuat xidmətindən bildirilib.
E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival "Dünya bizim əllərimizdədir" şüarı ilə keçirilərək kuklaçıları bir araya gətirir. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstək verdiyi teatr bayramında kuklaçılarımız yeni səhnə əsəri ilə iştirak edəcəklər. Belə ki, xüsusi təqvimlə bağlı təşkil olunan beynəlxalq miqyaslı teatr bayramına yaradıcı heyət "İnnab ağacı" adlı səhnə işi ilə qatılacaq. Tamaşa iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr olunub.
Təsadüfi deyil ki, qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir. Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası "qara kabinet" üslubunda hazırlanıb. Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib. Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar.
Böyük Britaniya kralı III Çarlz bundan sonra at belində hərbi paradlarda i

Xalq artisti Nisə Qasımova məclislərin birində görüntülənib.

Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı məhv edir. Sa

Universitetlərin birindən yayılan görüntü müzakirələrə səbəb olub.

İyunun 9-da səhər saatlarında "Peking to Paris Motor Challenge" ra

Türkiyənin tanınmış aktrisası Saadet Işıl Aksoy son dövrlərin populyar

Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv ed

Ötən gün Qax rayonunun Güllük kəndi ərazisində baş verən yol-nəqliy

Türkiyəli aktrisa Burcu Kara aparıcı Balçiçek İlterin təqdimatında yay�

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları

Toyların birindən olan görüntü geniş müzakirələr yaradıb.

Əməkdar artist Coşqun Rəhimov nəvəsinin görüntülərini paylaşıb.

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi

Son zamanlar istehlakçılar tərəfindən onlara kassa çeklərinin təqdim edi

Polşa müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasının fəaliyyəti ilə
