Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?


Digərləri 06 İyn 2025 14:32:00 94 0

Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.

Hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb. Maraqlıdır ki, bu eniş işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir. Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?

"İstehsalçılar azalıb"

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: "Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var. Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb. Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir. Hazırda Azərbaycanda yeni binaların tikintisi çox azalıb və ya tamamilə dayandırılıb. Fərdi tikintilərdə də azalma var. Fərdi tikintilərin sürətləndirilməsi üçün vətəndaşlara köməklik məqsədilə kreditlər ayrılmalıdır".

"Quruculuq işləri yay aylarında intensivləşir"

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, bu statistika qış aylarını əhatə edir. Qış aylarında bütün istehsal müəssisələrində azalma müşahidə edilir: "Çünki qış dövründə anbarlarda, ehtiyat məhsul olur. İstehsal müəssisələri də bazara əlavə məhsul çıxarmırlar. Yəni bu, mövsümlə əlaqəli azalmalardır".

R.Qasımzadənin sözlərinə görə, havaların qeyri-stabil keçməsi də rəqəmlərə öz təsirini göstərir: "Bu məhsullara tələbat aprel, may aylarından etibarən artır. Bu zaman yerli istehsalın həcmi də yavaş-yavaş yüksəlir. Amma qış mövsümü tikinti dövrü deyil. Əksinə, tikintilərin, xüsusən də fərdi yaşayış evlərinin inşası azalır. Çünki statistikada adıçəkilən məhsulların quruması zaman alır. Bu da iqtisadi cəhətdən tikinti üçün səmərəli deyil. Onları soyuq havalarda istifadə etmək qeyri-mümkündür. Amma havalar isinəndən sentyabr, oktyabr aylarına qədər tikinti mövsümü olur. Yay aylarında adıçəkilən məhsullar təbii quruma yolu ilə qurudulur. Bu dövrlərdə istehsal da artır".

Ekspert bildirir ki, yay aylarında tikintinin intensivləşməsi ən çox beton və dəmir məmulatlarına tələbatı yüksəldir. Həmin məhsullar yol ötürücülərinin tikintisində istifadə edilir. İnfrastruktur layihələri də öncədən bağlanılan müqavilələr əsasında həyata keçirilir.

Yerli məhsullar bahalaşıb

R.Qasımzadənin sözlərinə görə, istehsalın azalması qiymətlərdə dəyişikliklərə səbəb olub: "Bəzi məhsulların qiymətində artımlar mövcuddur. Buna misal olaraq sementi göstərə bilərik. Lakin qiymət artımları gözlənilirdi. Xüsusilə də yerli istehsal edilən məhsullarda qiymət artımları daha çox müşahidə olunur. Xaricdən gələn məhsulların isə bəzilərində qiymət artımı var idi. Sement və dəmir məmulatlarda da həmçinin. Qiymətlərin artan tempdə gedəcəyi proqnozlaşdırılır".

R.Qasımzadə bahalaşmanın səbəblərindən də danışdı: "Qiymətlərin artmasının müxtəlif səbəbləri var. Həm xammal qiymətləri yüksəlib, həm də əməkhaqları, sosial ödənişlər artıb. Bu kimi səbəblərlə şirkətlərin xərci artır. Onlar da məhsulun üzərinə əlavə dəyər qoymalı olurlar".

"Ciddi tamamlanma prosesi həyata keçirilirdi"

İqtisadçı Xalid Kərimli də düşünür ki, qışın sərt keçməsi tələbata təsir edib: "Tikinti materiallarının istehsalının azalmasının əsas səbəbi iqtisadi aktivliklə bağlıdır. Burada digər xərc artıran məqamlar da var. Amma əsas səbəb tələbatdır. Bu ilin qış mövsümü bir az daha sərt keçdi. Təbii ki, bu da tikinti materialları bazarına təsirsiz ötüşmədi. Tikinti materiallarının istehsalında hava amili də böyük rol oynayır".

Ekspertin sözlərinə görə, iqtisadi səbəbləri də qeyd etməliyik: "Keçən il beynəlxalq tədbirlərlə əlaqədar ciddi tamamlanma prosesi həyata keçirilirdi. Yol tikintisi və sair sürətləndirilmişdi. Çalışılırdı ki, tikinti işləri tez bir zamanda yekunlaşsın. Həmçinin keçən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına vəsait bu ilə nisbətən daha çox nəzərdə tutulmuşdu. Əvvəl dörd milyard vəsait ayrılsa da, ilin ortalarında bir milyard manat da əlavə olundu. Keçən il tikinti məsələləri daha intensiv idi. Bu səbəbdən də istehsal keçən il daha çox idi".

X.Kərimlinin fikrincə, tikinti materialları istehsalı azalıbsa, tələbat da azdır. Bu zaman tikinti materialları bazarında qiymətlər aşağı düşür. Amma bizdə əksinə, qiymətlər artan tempdə görünür: "Bunun da səbəbi dizel yanacağının qiymətinin artmasındadır. Kommunal qiymətlər, minimum əməkhaqqının artımı kimi məsələlər də tikinti materiallarının xərcinin artmasına təsir göstərən amillərdir. Bu da bazardakı qiymətlərdə əks olunur"./"Kaspi" qəzeti

Tərlan Novruzov vəfat etdi like
  • 06 İyn 14:18  
Digərləri Tərlan Novruzov vəfat etdi

Professor Tərlan Novruzov 78 yaşında dünyasını dəyişib.

arrow Ətraflı
Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR like
  • 06 İyn 14:14  
Digərləri Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Səyahət planlaşdırarkən düzgün otel seçimi ən önəmli məqamlardan bir

arrow Ətraflı
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var like
  • 06 İyn 13:58  
Digərləri Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var

Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.

arrow Ətraflı
Bank kartlarından daha 8 min manat oğulandı like
  • 06 İyn 13:40  
Digərləri Bank kartlarından daha 8 min manat oğulandı

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski ya

arrow Ətraflı
300 bal toplayan 9cuların like
  • 06 İyn 13:23  
Digərləri 300 bal toplayan 9cuların

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhs

arrow Ətraflı
Ötən gün qanunsuz saxlanılan silahsursat aşkar edilib like
  • 06 İyn 13:00  
Digərləri Ötən gün qanunsuz saxlanılan silahsursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan

arrow Ətraflı
Bu şəxslər qurban kəsə bilməz  AÇIQLAMA like
  • 06 İyn 12:44  
Digərləri Bu şəxslər qurban kəsə bilməz AÇIQLAMA

Artıq sabah Azərbaycanda və bütün müsəlman ölkələrində Qurban bayram�

arrow Ətraflı
İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi like
  • 06 İyn 12:30  
Digərləri İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayə

arrow Ətraflı
Azərbaycanın minalar və partlamamış hərbi sursatlar problemi Nepal mediasında like
  • 06 İyn 12:24  
Siyasət Azərbaycanın minalar və partlamamış hərbi sursatlar problemi Nepal mediasında

İyunun 5-də Nepalın aparıcı "Nepalkhabar" media portalında "

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq like
  • 06 İyn 12:17  
Digərləri Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı var? – AÇIQLAMA like
  • 06 İyn 12:10  
Digərləri Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı var? – AÇIQLAMA

Dünən və bu gün Şamaxıda baş verən zəlzələlər, xırda təkanların o

arrow Ətraflı
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? like
  • 06 İyn 12:00  
Siyasət Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?

İran Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Ermənistana rəsmi sə

arrow Ətraflı
Naxçıvan Konstitusiyası dəyişir  Sənəd Milli Məclisə təqdim olunacaq like
  • 06 İyn 11:48  
Digərləri Naxçıvan Konstitusiyası dəyişir Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclas

arrow Ətraflı
Şəkidə arvadını öldürən tutuldu like
  • 06 İyn 11:33  
Digərləri Şəkidə arvadını öldürən tutuldu

Şəkidə həyat yoldaşını öldürən şəxs saxlanılıb.

arrow Ətraflı