Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başladı
Digərləri 05 İyn 2025 15:52:00 109 0
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma başlayıb.
Bu xəbəri də oxu: Şamaxıda zəlzələ olub
Son.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir:
"Mediada və sosial şəbəkələrdə yayılan "Məlhəm" klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək".
Eyni zamanda qeyd olunub ki, belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə edərsə, onlardan izahat alınır. Analoji hadisələrin təkrarlanacağı təqdirdə isə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir.
Qeyd edək ki, ötən günlərdə "Məlhəm" klinikasının mammoloq-radioloqu Günel Qəmbərova "instagram" sosial media hesabında işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü paylaşıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Hindistanın Banqalor şəhərində kriket komandası "Royal Challengers Be

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası H�

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağ

Mehmet Uğur reanimasiyaya yerləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam sa

İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasın

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənista
