Azərbaycanlı deputatın mandatı əlindən alındı Açıqlaması gündəm olmuşdu
Digərləri 04 İyn 2025 10:55:00 86 0
Xalid Tağı-zadə mübahisəli bəyanatından sonra vəzifəsini itirib
Bu xəbəri də oxu: Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib FOTO
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra) Dumasının Sosial İnkişaf Komitəsi sədrinin müavini Xalid Tağı-zadə bölgənin "özbəklərin tarixi vətəni" olduğunu bildirdikdən sonra vəzifəsindən azad edilib.
Son.az yerli mediaya istinadla xəbər verir ki, iyunun 3-də Dairə Dumasının keçirilən növbədənkənar sessiyasında Tağı-zadə deputat statusundan məhrum olunub. Sessiya zamanı ona ictimaiyyət qarşısında üzr istəməsi tövsiyə olunub. Bununla yanaşı, Etika Komissiyası prokurorluğa müraciət edərək onun səsləndirdiyi fikirlərin Rusiya qanunvericiliyinə zidd olub-olmadığının araşdırılmasını istəyib.
Dumanın sədri Boris Xoxryakov bildirib ki, bəzi deputatlar Tağı-zadənin mandatdan məhrum edilməsini tələb etsələr də, buna hüquqi əsasların olmadığını qeyd edib. Yerli KİV-in məlumatına görə, yaranmış narazılıq fonunda Tağı-zadənin Azərbaycana qayıtmaq ehtimalı müzakirə olunur.
Qeyd edək ki, daha əvvəl Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Duması deputatı Vladimir Sısoyev baş prokuror İqor Krasnovdan məsələ ilə bağlı araşdırma aparılmasını, çıxışın etnik qarşıdurma və ərazi bütövlüyünə təhlükə yarada biləcəyini vurğulayaraq yoxlama tələb etmişdi.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzi

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşa

İyunun 3-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclas tikilm�

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyi

"Telegram" mesenceri növbəti yenilənmənin təfərrüatını təqdi

Bakının Nərimanov rayonunda yerləşən məşhur "Xal-Xal" restoran

"Karnaval kraliçası" kimi tanınan fitnes influenseri otelin hovuzu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəi

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İ

"Telegram" mesenceri növbəti yenilənmənin təfərrüatını təqdi

"Şərhlərdə oxuyuram ki, "Mamagama", Turan-Tural, FahRee Eldar

Axşam saatlarında şəhərin yorğun ritmi yavaşlayır, insanlar dincəlmək,

İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər yeməyində bol ist
