Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kiçik solistlər” adlı konsert FOTO
Kriminal 03 İyn 2025 18:03:00 80 0
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı təqdim olunub. "Kiçik solistlər" adlı konsert proqramında Teatrın Estrada Simfonik Orkestri ilk dəfə gənc solistləri müşayiət edib. Layihədə beynəlxalq və respublika müsabiqələrinin laureatları Ağayarova Gövhər, Ömər Bəbirli, Məhərrəmli Milay, Osmanzadə Zəhra, Məmmədli Nərgiz, Niftəliyev Mehdi, Məmmədli Yunis, Əhmədov Hüseyn, Əkbər Quliyev, Məşədiyeva Fidan, Teymur Qarayev, Arif Qarəhmədli çıxış ediblər.
Bu xəbəri də oxu: Azərbaycanda müəllim bıçaqlandı
Proqramda Niyazi, Tofiq Quliyev, Oqtay Kazımi və digər tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Konsertin sonunda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iştirakçıları təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb. Daha sonra direktor layihənin bütün iştirakçılarını diplomla təltif edib. Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması və dəstək verilməsidir.
"Beniz" adı ilə tanınan məşhur tiktoker Aybəniz Xəlilovanın ci

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Fikrət Əmirov adına Gəncə Dövlə

Bakıda piyadanın günahı ucbatından baş vermiş ağır yol qəzası dünya

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qu

Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan sakinin başına qəribə hadi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimləri

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki

Xəbər verdiyimiz kimi, ötən gün kollec tələbəsi Astarada dənizdə boğ

1 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyas�

Müğənnilər Əminə Şirinlə Səidə Sultanın arasında bir müddət əvvə

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun

Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında ba�

META ("Facebook", "Instagram") şirkəti 2025-ci ilin ilk r�
