Azərbaycanda işıq və qaz 3 dəfə ucuzlaşa bilər
Digərləri 03 İyn 2025 15:06:00 104 0
Azərbaycanda sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.
Bu xəbəri də oxu: Əhaliyə XƏBƏRDARLIQ 10:00dan etibarən...
Son.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Ölkəmizdə 4 244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 %-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min - 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.
2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edil. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat, Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 %-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq", - o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik"./musavat.com
22 may 2025-ci il tarixində 20 yaşlı şəxs (kişi cinsli) ilan sancması sə

Gorus şəhərində Ermənistan və Fransa arasında əməkdaşlığa dair sayca

Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu

Rusiya Ukrayna ilə münaqişənin həllinə dair təkliflərində bölgədə se

Rusiya vətəndaşı Azərbaycanda qəfildən ölüb.

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin &

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm o

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.

Keniyada keçirilən dəbdəbəli toy mərasimində inanılmaz hadisə yaşanıb

Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz r

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Jomart Tokayevi t

Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radon

Moldova aktiv şəkildə Azərbaycanla uzunmüddətli qaz tədarükü müqavilə

Qurban minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçidən kəsilir.

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək.
