“CineMastercard” Uşaqların Beynəlxalq müdafiəsi gününə parlaq şənlik təşkil etdi FOTO
Şou-biznes 02 İyn 2025 16:45:00 98 0
Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir - Uşaqların müdafiəsi günü! Bu bayram hamıya uşaqları qarşılıqsız sevməyin və onları xoşbəxt etməyin vacibliyini xatırladır. Bu sevincli gündə "CineMastercard" premium kinoteatrında kimsəsiz uşaqlar, şəhid və Qarabağ müharibəsinin qazilərin və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.
Bu xəbəri də oxu: Rafet El Roman “Ay bəri bax”ı oxudu VİDEO
Kloun və böyük Sonik kuklası gənc qonaqlara unudulmaz sevinc bəxş edərək onlara parlaq və yadda qalan emosiyalar yaşatdılar. Uşaqlar üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olundu.
Bundan əlavə, uşaqlara popkorn və təravətləndirici içkilər kimi dadlı təamlar təqdim edildi. Bayram ab-havası, musiqi və şən animatorlar uşaqları sevindirdi.
Əyləncə proqramından sonra gənc tamaşaçılar Azərbaycan dilində peşəkar dublyaj olunan "Paddinqton 3" komediyasını izlədilər.
Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik, və Məmmədabağır Eyvazov səsləndiriblər. Dublyajın rejissoru - Vüqar Hüseynov, prodüser və səs rejissoru - Teymur Kərimov, tərcüməsi - Aytən Nəsirlidir.
Filmin rejissoru Duqal Uilsondur. Rolları Oliviya Kolman, Antonio Banderas, Emili Mortimer, Karla Tous, Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin canlandırıblar.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Bəzi media subyektləri "2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaş

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıql

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye

Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Qanun

Ermənistan polis rəisi, daxili işlər nazirinin müavini Aram Ovannisyan tut

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 1-də keçirilən qəbul imtahanında

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın səhnəsində 1

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı �

Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırla

Ermənistanda "Ayakve" təşəbbüs qrupu Baş nazir Nikol Paşinyana

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan A

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azər

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev
