Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə


Digərləri 02 İyn 2025 15:20:00 107 0

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. "Hər şey mümkündür" sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb. 

Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar "Dance Ability" metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb. 

Qeyd edək ki,  "Hər şey mümkündür" layihəsi ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata keçirdiyi "Ürəklərlə ianə et" aksiyası çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlar üçün həyata keçirilib. "Hər şey mümkündür" layihəsi hər bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur. 

Ətraflı məlumat üçün link: https://bit.ly/USQLR 

"Red Hearts" - Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Paşinyana cinayət işi açılacaq? like
  • 02 İyn 14:53  
Digərləri Paşinyana cinayət işi açılacaq?

Ermənistanda "Ayakve" təşəbbüs qrupu Baş nazir Nikol Paşinyana

arrow Ətraflı
Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi like
  • 02 İyn 14:27  
Digərləri Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan A

arrow Ətraflı
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə təbrik məktubu göndərib like
  • 02 İyn 14:25  
Siyasət Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azər

arrow Ətraflı
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib like
  • 02 İyn 14:22  
Siyasət Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev

arrow Ətraflı
Uğur bu 4 BÜRCÜN yanındadır – Pul yağışı gəlir like
  • 02 İyn 14:08  
Digərləri Uğur bu 4 BÜRCÜN yanındadır – Pul yağışı gəlir

Ulduz falı əyləncə və motivasiya məqsədilə izlənilir və elmi əsaslara

arrow Ətraflı
Bu tarixdə qısa iş günü olacaq like
  • 02 İyn 14:07  
Digərləri Bu tarixdə qısa iş günü olacaq

5 iyun 2025-ci il Azərbaycanda qısaldılmış iş günü olacaq.

arrow Ətraflı
Daha bir gənc müəllim qəfil vəfat etdi like
  • 02 İyn 14:02  
Digərləri Daha bir gənc müəllim qəfil vəfat etdi

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarl�

arrow Ətraflı
"Bayden 2020ci ildə edam edildi, klonlarla əvəz olunub" like
  • 02 İyn 13:58  
Dünya "Bayden 2020ci ildə edam edildi, klonlarla əvəz olunub"

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin 2020-ci ildə öldü

arrow Ətraflı
Bu küçədə kababxana səkini zəbt edib  VİDEO like
  • 02 İyn 13:40  
Digərləri Bu küçədə kababxana səkini zəbt edib VİDEO

Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində ant

arrow Ətraflı
Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var like
  • 02 İyn 13:39  
Şou-biznes Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerl

arrow Ətraflı
Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitseprezidentini qəbul edib  FOTO like
  • 02 İyn 13:38  
Siyasət Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitseprezidentini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Tramp ad günü üçün fantastik məbləğ xərcləyəcək   Tanklar, orkestr... like
  • 02 İyn 13:27  
Dünya Tramp ad günü üçün fantastik məbləğ xərcləyəcək Tanklar, orkestr...

ABŞ prezidenti Donald Tramp 79-cu doğum günü münasibətilə Vaşinqtonda t

arrow Ətraflı
Məktəb formaları ilə bağlı YENİLİK like
  • 02 İyn 13:16  
Digərləri Məktəb formaları ilə bağlı YENİLİK

Hər il valideynləri narahat edən əsas məsələ məktəbli geyimləridir. Ç

arrow Ətraflı