Diş ağrısı deyib keçməyin – Vacib xəbərdarlıq
Digərləri 31 May 2025 23:16:00 114 0
Üz ağrısı, çənədə uyuşma və danışma çətinliyi kimi simptomlar bəzən Dağınıq Skleroz (MS) xəstəliyinin ilk əlamətləri ola bilər.
Bu xəbəri də oxu: Alça yedikdən sonra bunlara diqqət edin!
Son.az xəbər verir ki, Türkiyədə bu xəstəliklə təxminən 80 min insan mübarizə aparır və əlamətlərin erkən aşkarlanması həyati əhəmiyyət daşıyır.
Dosent Doktor Nurettin Diker bildirib ki, bəzi hallarda MS ilk olaraq beyindən deyil, ağız və çənə nahiyəsindən özünü göstərir: "Üz ağrısı, çənədə uyuşma, udma və danışma çətinliyi kimi şikayətlərlə bizə müraciət edən xəstələrdə əslində MS-in ilkin əlamətləri müşahidə edilir. Təəssüf ki, bu hallar bəzən illərlə düzgün diaqnoz qoyulmadığı üçün müalicə gecikir", - deyə mütəxəssis qeyd edib.
Dikerin sözlərinə görə, diş həkimləri də bu əlamətləri fərq edərək erkən diaqnoz üçün həkimə yönləndirə bilərlər. MS xəstələrində diş əti xəstəlikləri və kariyes riski daha yüksək olur ki, bu da yalnız ağız sağlamlığını deyil, ümumi sağlamlığı da təhdid edir.
"Əgər ağızda boşluq olmadığı halda üzdə bıçaqlanma kimi ağrılar hiss edilirsə, bu sinir mənşəli ola bilər və MS ehtimalı nəzərdən keçirilməlidir", - deyə o əlavə edib.
Mütəxəssis onu da vurğulayıb ki, MS-in müalicəsində istifadə edilən bəzi dərmanlar (antidepresanlar, antikonvulsanlar, kortikosteroidlər və s.) ağızda quruluq, dad itkisi, yanma hissi və digər xoşagəlməz təsirlərə səbəb ola bilər. Bu səbəbdən MS xəstələrinin diş müalicələri səhər saatlarına planlaşdırılmalı və qısa müddətli aparılmalıdır.
Fidan Son.az
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi

Əməkdar artist Qorxmaz Əlilicanla aparıcı Elgiz Əkbər arasında mübahis�

Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə y

Azərbaycan Prezidenti İlham Əliyev 1 İyun - Uşaqların Beynəlxalq Müdafi�

Rihannanın atası Ronald Fenti 70 yaşında qısa müddətli xəstəlikdən son

Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan, onunla münasibətdə olan 1

Müğənni Ayaz Qasımov atasının səhhətində ciddi problem yarandığını

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şuras

Müğənni Mənzurə Musayeva "Funda Hospital"da çalışan plastik-c�

Texnologiya nəhəngi İlon Mask yenidən gündəmə gəlib. Bu dəfə isə səb

Mart ayında Misir Hərbi Hava Qüvvələrinə məxsus Antonov An-74t-200A nəql

ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən az�

Astroloji aləmində bəzi bürclər var ki, onların adını eşidən kimi ağ�

Bir vaxtlar "O şimdi asker" mahnısı ilə məşhurluq qazanan Tuğba

Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.
